Əsas diqqət yetiriləcək məqamlar
YieldBasis müvəqqəti itki (IL) olmadan istifadəçilərə avtomatlaşdırılmış marketmeyker (AMM) hovuzunda BTC likvidliyi təmin etməyə imkan verən kriptovalyuta protokoludur.
Platforma sabit kredit çiynini qorumaq və IL-i aradan qaldırmaq üçün borc alınmış crvUSD-dən istifadə edən 2x kredit çiyinli BTC/crvUSD likvidlik hovuzundan (LP) yararlanır.
İstifadəçilər BTC depozit qoyaraq öz LP mövqelərini təmsil edən ybBTC tokenləri əldə edə bilərlər. Bu tokenlər əlavə YB token mükafatları qazanmaq üçün pay qoyula bilər.
Avtomatik təkrar balanslaşdırma mexanizmi LP-ni hədəflənmiş 50% borc-dəyər nisbətində saxlamaq üçün nəzərdə tutulub. Beləliklə, mövqelər BTC qiymətini 1:1 nisbətində izləyir.
YieldBasis istifadəçilərin ənənəvi AMM likvidlik təminatına xas olan tipik itkilərdən çəkinməklə treydinq komissiyaları qazanmağına imkan verir.
Giriş
Kriptovalyuta AMM-lərinə likvidlik təmin etmək çox vaxt istifadəçiləri müvəqqəti itkiyə (IL) məruz qoyur. Bu, likvidlik hovuzunda tokenlərin saxlanılmasının zamanla sadəcə zəruri aktivləri saxlamaqla müqayisədə daha az dəyər gətirməsinə səbəb olur.
YieldBasis (YB) həm treydinq komissiyaları qazanmaq, həm də IL-dən çəkinmək istəyən BTC likvidlik təminatçıları üçün yeni həll yolu təklif edir. Kredit çiyinli likvidlik modelindən istifadə edən YieldBasis BTC qiymətini yaxından izləyən 2x kredit çiyinli mövqeni qoruyur. Bununla da IL-i aradan qaldırır və likvidlik təminatçıları üçün gəlirliliyi artırır.
YieldBasis necə fəaliyyət göstərir?
YieldBasis Curve BTC/crvUSD hovuzunda kredit çiyinli likvidlik mövqeyi yaradaraq fəaliyyət göstərir. Prosesə daxildir:
BTC depozit və alqı tokeni: istifadəçilər YieldBasis-ə BTC depozit qoyur və 2x kredit çiyinli BTC/crvUSD likvidlik hovuzundakı mövqeni təmsil edən ybBTC tokenləri alırlar.
crvUSD ilə kredit çiyinli birləşdirmə: protokol likvidlik hovuzundakı mövqeyə qarşı ekvivalent USD dəyərində crvUSD (stabil koin) borc alır və sabit 2x mürəkkəb kredit çiynini qoruyur. Yəni 50% borc-dəyər nisbətini təmin edir.
Girovlu borc: BTC və crvUSD depozitindən əldə edilən Curve LP tokeni borc alınmış crvUSD borcu üçün girov kimi xidmət edir.
Avtomatik təkrar balanslaşdırma: daxili təkrar balanslaşdırma mexanizmi BTC qiyməti dəyişdikdə borc və LP paylarını tənzimləyən əməliyyatlar həyata keçirərək arbitraj treydlerlərini 2x kredit çiyni nisbətini qorumağa təşviq edir.
Komissiya qazancları və steykinq opsionları: istifadəçilər ybBTC-ni pay qoyulmamış halda saxlayaraq BTC-də treydinq komissiyaları qazana və ya ybBTC-ni pay qoyaraq YB tokenləri əldə edə bilərlər. YB tokenləri həmçinin səs hüquqları və BTC komissiyalarından pay əldə etmək üçün səsvermə yolu ilə kilidlənə bilər.
Müvəqqəti itki problemi
Ənənəvi AMM-də müvəqqəti itki hovuzdakı aktiv nisbəti qiymət dəyişikliklərinə uyğun olaraq müntəzəm təkrar balanslaşdırıldığı üçün baş verir. Bu, çox vaxt likvidlik təminatçılarının mövqeyinin dəyərinin sadəcə BTC saxlamağa nisbətən daha yavaş artmasına səbəb olur.
Məsələn, BTC-nin qiyməti iki dəfə artsa, BTC və stabil koinlər arasında təkrar balanslaşdırılmış AMM mövqeyinin dəyəri sadəcə BTC saxlamağa nisbətən təxminən 5,7% az ola bilər.
Bəzi protokollar mümkün itkiləri token təşviqləri ilə kompensasiya etsə də, bu subsidiya müvəqqəti itki problemini aradan qaldırmır. YieldBasis kredit çiyinli LP mövqelərini BTC qiyməti ilə tam uyğun şəkildə hərəkət etdirərək IL-i mənbəyində həll edir və beləliklə IL-i effektiv şəkildə aradan qaldırır.
Kredit çiyinli likvidlik: YieldBasis həlli
YieldBasis depozit qoyulmuş BTC-ni borc alınmış crvUSD ilə birləşdirərək və 2x kredit çiyni mövqeyini qoruyaraq LP dəyərinin BTC qiymətini 1:1 nisbətində izləməsini təmin edir. Bunlar baş verir:
Protokol BTC depozitinə bərabər USD dəyərində crvUSD borc almaq üçün girov qoyulmuş xüsusi borc mövqeyindən (CDP) istifadə edir.
Hər iki aktiv birlikdə Curve BTC/crvUSD likvidlik hovuzuna əlavə olunur.
Əldə olunan LP tokeni borc alınmış crvUSD borcu üçün girovdur.
Sistem LP-nin ümumi dəyərinin tam 50%-ində qalmasını təmin etmək üçün borcu avtomatik təkrar balanslaşdırılır.
Təkrar balanslaşdırma Rebalancing-AMM və VirtualPool ilə interaksiya yaradan arbitraj treyderləri tərəfindən atomik şəkildə həyata keçirilir. Bu, BTC qiyməti dəyişdikdən sonra düzgün kredit çiynini bərpa etmək üçün müqaviləyə LP tokenləri zərb etmək və yandırmaq imkanı verir.
Bu struktur Curve hovuzunun riyazi xüsusiyyətlərindən və mürəkkəb kredit çiynindən istifadə edərək adi AMM-lərdə müşahidə olunan qeyri-xətti dəyər azalmasını aradan qaldırır. Beləliklə, müvəqqəti itki aradan qalxır və likvidlik təminatçıları BTC qiymət hərəkətlərindən tam faydalanmaqla yanaşı, treydinq komissiyaları da əldə edə bilirlər.
Potensial risklər
YieldBasis müvəqqəti itki problemini aradan qaldırsa da, nəzərə alınmalı bəzi risklər mövcuddur:
Smart müqavilə riski: istənilən DeFi platformasında olduğu kimi, smart müqavilələrdəki baqlar və ya zəifliklər vəsait itkisinə səbəb ola bilər.
Arbitraj və təkrar balanslaşdırmadan asılılıq: YieldBasis kredit çiyni nisbətini sabit saxlamaq üçün arbitraj ticarətçilərinə əsaslanır. Bu mexanizmlər uğursuz və ya səmərəsiz olarsa, mövqe hədəf kredit çiynindən yayınmış ola bilər.
Bazar riskləri: gözlənilməz böyük qiymət dəyişiklikləri və ya əsas hovuzlarda aşağı likvidlik mövqenin sabitliyinə və komissiyaların yaranmasına təsir göstərə bilər.
Protokol və borc riski: platformada stabil koin crvUSD borc alınır. Stabil koinin sabitliyi və ya borcalma mexanizmi ilə bağlı risklər ümumi mövqe performansına təsir göstərə bilər.
Binance HODLer Airdrops-da YieldBasis (YB)
2025-ci il oktyabrın 14-də Binance YB-ni Binance HODLer Airdrop-larının 53-cü layihəsi elan etdi. Oktyabrın 9-dan 11-dək BNB-ni Sadə qazanc və/və ya Zəncirdaxili gəlir məhsullarına yatıran istifadəçilər YB airdrop-larını almaq hüququna malik oldular. Proqrama ümumilikdə 10 milyon YB tokeni ayrıldı və bu, tokenlərin maksimum ümumi təchizatının 1%-ni təşkil edir.
YB Toxum teqinin tətbiq edilməsi ilə listinq edilib və bu, onun USDT, USDC, BNB, FDUSD və TRY cütləri ilə treydinq edilməsinə imkan verir.
Yekun qeydlər
YieldBasis kredit çiyinli likvidlik və avtomatik təkrar balanslaşdırma mexanizmini birləşdirərək müvəqqəti itkini aradan qaldıran BTC likvidliyi təminatına innovativ yanaşma təqdim edir. Bu, likvidlik təminatçılarının ənənəvi AMM hovuzlarına xas olan tipik çatışmazlıqlar olmadan həm BTC qiymət dəyişikliklərindən tam şəkildə faydalanmağına, həm də treydinq komissiyaları qazanmağına imkan verir.
Tövsiyə olunan ədəbiyyat
İmtina: bu məzmun heç bir formada təmsil və ya zəmanət olmadan yalnız ümumi məlumat və maarifləndirmə məqsədləri üçün "olduğu kimi" təqdim edilir. O, maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməli və hər hansı xüsusi məhsul və ya xidmətin satın alınmasını tövsiyə etmək məqsədi daşımamalıdır. Müvafiq peşəkar məsləhətçilərdən özünüz məsləhət almalısınız. Bu məqalədə adı çəkilən məhsullar regionunuzda əlçatan olmaya bilər. Məqaləyə üçüncü tərəf müəllif tərəfindən töhfə verildikdə nəzərə alın ki, ifadə edilmiş bu baxışlar üçüncü tərəf müəllifə aiddir və Binance Akademiyasının mövqeyini əks etdirmir. Əlavə təfərrüatlar üçün tam imtina mətnini oxuyun. Rəqəmsal aktivlərin qiymətləri dəyişkən ola bilər. İnvestisiyanızın dəyəri artıb-azala və investisiya qoyduğunuz məbləği geri almaya bilərsiniz. İnvestisiya ilə bağlı qərarlarınıza görə yalnız özünüz məsuliyyət daşıyırsınız və Binance Akademiyası baş verə biləcək hər hansı itkiyə görə məsuliyyət daşımır. Bu material maliyyə, hüquqi və ya digər peşəkar məsləhət kimi təfsir edilməməlidir. Ətraflı məlumat üçün İstifadə qaydası və Risk xəbərdarlığı bölməmizə nəzər salın.