Binance-də Özün Treyder Olmadan Ayda Qazananları Necə Kopyalayıram? (Copy Trading Tam Bələdçi)

Hamı treyding öyrənməyə çalışır, amma həqiqət budur: Top treyderlərin 90%-i 5+ ilini itirərək bu səviyyəyə gəlib. Binance isə sənə qısa yol verib - onların ticarətini birbaşa kopyalamaq.

Mən son 3 ayda bunu test etdim və ən çox baxım yığan strategiyanı tapdım.

Binance-də 2 Fərqli Copy Sistemi Var, Çox Adam Fərqi Bilmir

1. Klassik Futures Copy Trading (Hər kəs üçün)

Binance App > Futures > Copy Trading bölməsinə girirsən.

Orada minlərlə Lead Treyder var. Sən sadəcə birinə 20$ bağlayıb "Kopyala" düyməsini basırsan. O long açanda səndə də açılır, o bağlayanda səndə də. Sən heç nə etmirsən.

2. Yeni Nəhəng: Capital Connect (VIP 3+ üçün)

Bu həftə yeniləndi. Bu, artıq sadə copy deyil. Bura 77 peşəkar fond və treyding komandası daxildir. Onların 212 hazır strategiyası var. Fərqi nədir?

- Klassikdə bir adamı kopyalayırsan.

- Capital Connect-də peşəkar fondun bütün portfelini kopyalayırsan. Performans, risk, drawdown hamısı şəffaf göstərilir. Üstəlik investor üçün platforma komissiyası 0$-dır.

Yəni biri TikTok treyderidir, digəri Wall Street fondu.

Baxımlı Treyderi Necə Seçim? Mənim 3 Filtirim

Minlərlə treyder arasında batmamaq üçün mən bunlara baxıram:

1. ROI yox, Max Drawdown-a bax. 300% qazanc göstərən adam 80% drawdown edibsə, sabah hesabını sıfırlaya bilər. Mən max -15% keçməyənləri seçirəm.

2. 90+ gün stabil. Son 7 gündə partlayan yox, son 90 gündə stabil + qazancda olanlar. Binance-də "90D ROI > 30% və Win Rate > 60%" filterini qoy.

3. Öz pulu da içində olsun. Lead treyderin öz vəsaitinin də o strategiyada olması vacibdir. O itirəndə sən də itirirsən, deməli daha diqqətli olacaq.

Mənim strategiyam

Mən bütün pulu 1 nəfərə qoymuram.

100$ varsa:

- 40$ - 90+ gündür stabil olan konservativ treyderə

- 40$ - Orta riskli, BTC/ETH treyd edənə

- 20$ - Yüksək riskli, amma son 30 gündə top 10-da olana

Və ən vacib qayda: Stop-Loss qoy. Binance Copy Trading-də "Total Loss" limitini 50% qoyuram. Yəni kopyaladığım treyder 50% itirsə, sistem avtomatik kəsir.

Risk Xəbərdarlığı: Copy Trading qazanca zəmanət deyil. Sən pis treyderi kopyalasan, onunla birgə itirərsən. Heç vaxt kreditlə, borcla girmə.

Sən klassik Futures Copy ilə başlamaq istəyirsən, yoxsa sənin VIP səviyyən 3+ -dür və Capital Connect-i yoxlamaq istəyirsən?

#Copytrading #copyfrombinance #copybots #Binance #BinanceSquareFamily binamcetrading