Binance-in fiat xidmətindən istifadə etməzdən əvvəl əlavə doğrulamanı necə tamamlamaq olar?

2023-04-28 02:31 tarixində yayımlanıb
2025-11-04 14:06 tarixində yenilənib

Binance yerli tənzimləyici tələblərə cavab vermək üçün məhsul və xidmətlərini mütəmadi olaraq qiymətləndirir. Hesab təhlükəsizliyini artırmaq və aktivlərinizi qorumaq üçün Binance bəzi fiat xidmətlərindən istifadə etməzdən əvvəl sizdən əlavə kimlik doğrulaması prosedurlarını tamamlamağınızı tələb edə bilər.

Binance-də fiat xidmətindən istifadə etməyə başladığınız zaman əlavə doğrulama prosesi aktivləşdiriləcək. Sizdən kimliyinizi yenidən doğrulamağınız tələb olunacaq.

image

Fiat xidmətindən istifadə etməzdən əvvəl əlavə doğrulamanı necə tamamlamaq olar? 

1-ci hal 

Sizdən əlavə kimlik doğrulamasını tamamlamaq tələb olunur

Yaşadığınız ölkəyə uyğun olaraq, doğrulama prosesi fərqli xidmət təminatçıları vasitəsilə həyata keçiriləcək. Aşağıdakı xüsusi təlimata müraciət edin.

Kimlik doğrulamasını tamamladıqdan sonra qısa bir sorğunu doldurmalısınız. Doğrulamanız yoxlandıqdan sonra Binance-in fiat xidmətlərindən istifadə edə biləcəksiniz. 

Onfido

1. [Sənəd seç] üzərinə klikləyin. Kimlik sənədi seçin. Nəzərə alın ki, şəkilli, etibarlı və rəsmi şəxsiyyət vəsiqəsindən (müddəti bitməmiş) istifadə etməlisiniz.

image

2. Şəxsiyyət vəsiqənizin verildiyi ölkəni seçin və [Sənədi təqdim et] düyməsini klikləyin. 

image

3. Doğrulama prosesinə telefonunuzda davam edin. [Təhlükəsiz linki əldə et] düyməsinə klikləyin və QR kodunu görəcəksiniz. Mobil cihazınızla skan edin. Siz həmçinin [SMS vasitəsilə linki əldə et] düyməsini klikləyərək onu telefonunuza göndərə, yaxud [Linki kopiyala] düyməsinə klikləyib telefonunuzun brauzerinə yapışdıra bilərsiniz.

image

4. Mobil cihazınızı uğurla qoşduqdan sonra kompüterinizdə aşağıdakı ekranı görəcəksiniz. Bu səhifəni proses boyunca açıq saxlayın.

image

5. Kimliyinizi təsdiq edən sənədin ön tərəfinin şəklini çəkməlisiniz. Başlamaq üçün [Şəkil çək] üzərinə klikləyin.

image

Əgər kameraya giriş icazəsini aktiv etməmisinizsə, davam etmək üçün [Kameranı aktivləşdir] düyməsinə toxunun. 

image

6. [Şəkil çək] düyməsinə toxunun və kimliyinizi təsdiq edən sənin şəklini çəkmək üçün təlimatlara əməl edin. Təfərrüatlarınızın aydın göründüyünə əmin olun. [Yüklə] düyməsinə toxunaraq təqdim edin, ya da [Təkrar çək] düyməsinə toxunaraq yenidən çəkə bilərsiniz.

image

7. Selfi çəkərək üz doğrulamasını da tamamlamalısınız. [Şəkil çək] üzərinə klikləyin. 

image

8. Üzünüzü oval çərçivənin içərisinə yerləşdirin. Üzünüzün aydın göründüyünə əmin olduqdan sonra [Yüklə] düyməsini sıxın. Əgər üzünüz aydın görünmürsə, [Təkrar çək] düyməsini sıxaraq yenidən cəhd edin.

image

9. [Doğrulamanı təqdim et] düyməsini sıxın. Doğrulama məlumatlarınızı nəzərdən keçirməyimizi səbirlə gözləyin.

image

 

Sumsub

1. Doğrulama addımlarının ümumi icmalını görəcəksiniz. Başlamaq üçün QR kodunu telefonunuzla skan edin.

image

2. [Davam et] düyməsinə toxunun. Şərtləri oxuyub qəbul edin, sonra [Növbəti] düyməsinə toxunun.

image

3. Kimliyinizi təsdiq edən sənədin verildiyi ölkəni seçin. Sonra sənəd növünü seçin və [Növbəti] düyməsinə toxunun. Nəzərə alın ki, dəstəklənən sənəd növləri seçdiyiniz ölkəyə görə dəyişə bilər.

image

4. Kameraya girişə icazə verin və kimliyinizi təsdiq edən sənədi xananın içərisinə yerləşdirin. Sənədinizin şəklini çəkin. Təqdim etmək üçün [Qəbul et], təkrar çəkmək üçün isə [Yenidən cəhd et] üzərinə toxunun.

image

5. Sistem şəklinizi emal edəcək. Məlumatlarınız aydın görünürsə, [Sənəd oxunaqlıdır] düyməsinə toxunun. Sistem şəkildə məlumatınızı aşkar edə bilməzsə, yenidən çəkmək üçün [Təkrar cəhd et], yaxud fərqli sənəd ilə doğrulamaq üçün [Başqa sənəd növünü seç] üzərinə toxunun.

6. Selfi çəkərək üz doğrulamasını da tamamlamalısınız. Kameraya düz baxın və üzünüzü çərçivəyə yerləşdirin. Üzünüzün aydın göründüyünə əmin olun. Ekrandakı təlimatlara əməl edin və təqdim etmək üçün [Yüklə] üzərinə toxunun. 

image

7. Məlumatlarınız göndərildi. Doğrulama məlumatlarınızı nəzərdən keçirməyimizi səbirlə gözləyin.

image

Qəbul olunan sənədlərə aşağıdakılar daxildir:

1. Avropa İttifaqı (Aİ) istifadəçiləri

  • Kimliyi təsdiq edən sənəd (istənilən ölkənin)
  • Pasport (istənilən ölkənin)
  • Sürücülük vəsiqəsi (yalnız Avropa İttifaqı tərəfindən verilmiş)
  • Yaşayış icazəsi (yalnız Litva tərəfindən verilmiş)

2. Avropa İttifaqı (Aİ) üzvü olmayan istifadəçilər

  • Kimliyi təsdiq edən sənəd (istənilən ölkənin)
  • Pasport (istənilən ölkənin)

2-ci hal

Anketi doldurmağınız xahiş olunur 

Sizdən 4 sadə sualdan ibarət qısa anket doldurmaq tələb olunur. Onu tamamladıqdan sonra Binance-in fiat xidmətindən istifadə etməyə başlaya bilərsiniz.

3-cü hal

Sizdən təkmil yoxlama prosedurunu (EDD) tamamlamağınız tələb olunur

Sizdən gəlir mənbəyinizi təsdiqləmək üçün sənədlər yükləməyiniz tələb oluna bilər. Sənədləriniz aşağıdakı tələblərə cavab verməlidir:

  • sənədlər sizin adınıza verilməlidir (və ya gəlir mənbəyinizi təsdiqləmək üçün üçüncü tərəf sənədlərinin istifadəsi ilə bağlı izahat təqdim etməlisiniz);
  • aydın görünməli və ən azı 300 dpi (nöqtə/düym) əksetmə qabiliyyətinə malik olmalıdır;
  • son bir ay, rüb, il və ya müvafiq dövr ərzində əldə edilmiş olmalıdır;
  • qəbul edilən formatlarda olmalıdır, məsələn, .pdf və ya fiziki sənədlərin bütün 4 küncü görünən surətləri. ekran şəkilləri də qəbul olunur;
  • aydın şəkildə göstərilməlidir: sənədi verən qurumun adı və ya loqosu;
  • sənədin verilmə tarixi aydın göstərilməlidir.

Qəbul olunan sənədlərə aşağıdakılar daxildir:

Kateqoriya

Təsvir

Əməkhaqqı
  • Ən azı son ayın gəlirini göstərən əmək haqqı çıxarışları;
  • İşəgötürəndən ən azı son ay üçün əmək haqqı ödənişlərini göstərən bank çıxarışı;
  • Ötən vergi ilinə aid vergi bəyannaməsi
Fərdi sahibkarlıq
  • Ötən vergi ilinə aid vergi bəyannaməsi;
  • Özünəməşğul şəxslər üçün ən son fakturalar/müqavilələr/razılaşmalar, yaxud aylıq və ya illik gəliri sübut edən mənfəət/zərər hesabatları
Vərəsəlik
  • Mərhumun vəsiyyətnaməsinin surəti
  • Vəsiyyətin icraçısı, hüquqşünas və ya notarius tərəfindən imzalanmış məktub

İanə/Hədiyyə/Qrant


 

Tələbəsinizsə və təqaüd alırsınızsa, gəlir sübutu olaraq bu seçimdən istifadə edin.

  • Daşınmaz əmlak və ya digər aktivlər üçün ianə/hədiyyə/qrant müqaviləsi;
  • İanəçi tərəfindən hədiyyənin/ianənin mahiyyətini təsdiqləyən imzalanmış ərizə/məktub;
  • İanə/hədiyyə/qrantın bank depozitini əks etdirən bank çıxarışı
İpoteka/kredit
  • Ödəniş planı ilə ipoteka və ya kredit dəyərini göstərən ipoteka/kredit müqaviləsi
  • Bank hesabınızda kreditin depozit edilməsini göstərən bank çıxarışı.

Şirkətin mənfəətləri (səhmlər/dividendlər)


 

  • Dividend çıxarışları;
  • Paylama müqavilələri;
  • Dividend ödənişlərini göstərən ən son bank çıxarışı;
  • Son audit olunmuş şirkətlərin hesabları
Maliyyə investisiyası
  • İnvestisiya provayderindən bəyanat;
  • İnvestisiya təminatçılarından gələn ödənişləri göstərən bank çıxarışı;
  • İnvestisiya mənfəətinizi sübut edən digər sənədlər və ya çıxarışlar (məsələn, istiqrazlar, səhmlər və s.)
Kriptovalyuta investisiyası (və bəyanat)
  • Kriptoaktivlərin əldə edildiyi elan edilmiş dövr üçün digər birjalardan hesabatlar;
  • Oflayn pul kisəsinin ekran şəkilləri
  • Kriptovalyuta (fiatdan kriptovalyutaya) alış qəbzləri, təsdiq e-poçtları;
  • kriptovalyuta investisiyasının mənbəyini kifayət qədər doğrulaya bilən digər sənədlər.
DigərləriGəlirin mənbəyini göstərən məcburi mətn və dəstəkləyici sənədlər

Tez-tez verilən suallar

1. Binance gəlirim haqqında məlumatları niyə tələb edir (təkmil yoxlama, EDD)?  Niyə aktivimi götürmək haqqım olduğu halda, onu saxlayırsınız? 

Çirkli pulların yuyulmasına qarşı qaydalara riayət etmək məqsədilə Binance bəzi hesablar üçün gəlir mənbəyi və vəsaitlərin mənbəyi üzrə yoxlama aparmalıdır. Bu standart və geniş yayılmış uyğunluq təcrübəsidir. 

Binance hesabınızda fiat balansı varsa və təkmil yoxlamanı (EDD) aparmaq istəmirsinizsə, hələ də aktivlərinizi nağdlaşdıra bilərsiniz. Bununla belə, FATFAvropa İttifaqının yüksək riskli ölkələr siyahısında olan sakinlər Binance-də fiat məhsullarını əldə edə bilmək üçün Gəlir deklarasiyasını doldurmalıdırlar.

2. Niyə EDD təqdim etməliyəm?

İstifadəçilərin vəsaitlərinin təhlükəsiz və etibarlı olmasını təmin etmək üçün Binance-dən daha sərt Çirkli Pulların Yuyulmasına Qarşı qaydalara riayət etmək və müəyyən ölkələrdə yaşayan istifadəçilərdən Gəlir deklarasiyasını əldə etmək tələb olunur. Əgər siz aşağıdakı FATFAvropa İttifaqının yüksək riskli ölkələr siyahısındakı ölkələrdən birində yaşayırsınızsa, Binance-də fiat məhsullarına giriş üçün Gəlir deklarasiyasını doldurmalısınız.

3. Əməkhaqqı çıxarışımdakı məlumatları paylaşmaqdan narahatam.

Şəxsi məlumatlarınız və təqdim etdiyiniz sənədlər şifrələmə protokolları və proqram təminatı vasitəsilə təhlükəsiz şəkildə qorunur. Biz şəxsi məlumatlarınızın toplanması, saxlanması və açıqlanması ilə bağlı fiziki, elektron və prosedur təhlükəsizlik tədbirlərini təmin edirik. Şəxsi məlumatlarınızın təhlükəsiz şəkildə qorunduğundan arxayın olun.

4. İllik gəlirimi necə hesablaya bilərəm? Digər investisiyalarımı da daxil etməliyəm?

İllik gəlirinizi hesablamaq üçün əməkhaqqı, bəxşiş, bonuslar, komissiyalar, kirayə gəliri və sairə daxil olmaqla il ərzində əldə etdiyiniz bütün gəlir mənbələrini əlavə edin. Hesablama zamanı səhmlərdən, istiqrazlardan və ya qarşılıqlı fondlardan əldə olunan gəlirlər kimi digər investisiya gəlirlərini də daxil edin.

Daha sonra xalis illik gəlirinizi hesablamaq üçün gəlirin əldə olunması ilə bağlı xərcləri çıxın. Məsələn, biznes xərcləri, investisiya xərcləri və ya kirayə əmlak xərcləri.

5. Fərdi sahibkaram. Hansı sənədləri təqdim etməliyəm?

Aşağıdakı sənədlərdən hər hansı birini təqdim edin: 

  • Ötən vergi ilinə aid vergi bəyannaməsi;
  • Özünəməşğul şəxslər üçün ən son fakturalar/müqavilələr/razılaşmalar, yaxud aylıq və ya illik gəliri sübut edən mənfəət/zərər hesabatları.

6. Sənədlərim rədd olunarsa, nə baş verəcək? Hələ də Binance-ə depozit qoya, ticarət edə və ya nağdlaşdırma edə bilərəm?

Əgər sizdən əlavə kimlik doğrulaması tələb olunubsa və siz onu keçə bilməmisinizsə, Binance hesab sahibini doğrulaya bilmədiyindən xidmətləri müvəqqəti olaraq dayandıracaq. Əgər Binance hesabınızda fiat balansı varsa, kimliyinizi doğrulamaq üçün Müştəri Xidməti komandası ilə əlaqə saxlayın və əlavə doğrulama prosesini tamamlayın. 

Əgər sizdən təkmil yoxlama (EDD) tamamlamağınız tələb olunubsa və Binance hesabınızda fiat balansı yoxdursa, EDD-ni tamamlamadan da aktivlərinizi nağdlaşdıra bilərsiniz. Ancaq aşağıdakı FATFAvropa İttifaqının yüksək riskli ölkələr siyahısındakı ölkələrdən birində yaşayırsınızsa, Binance-də fiat məhsullarına giriş üçün Gəlir deklarasiyasını doldurmalısınız.