Gabriel Abed tənzimləyici innovasiyalar və maliyyə texnologiyalarının kəsişməsində təcrübəsi olan tanınmış texnologiya sahibkarı, təcrübəli idarə heyəti üzvü və keçmiş diplomatdır. Blokçeyn sənayesində 13 ildən çox təcrübəsi olan Gabriel Abed bir çox sənaye və ölkədə tənzimlənən mühitlərdə mürəkkəb maliyyə mənzərələrini idarə edib. Cənab Abed Barbadosun Birləşmiş Ərəb Əmirliklərində səfiri və Küveytdə qeyri-rezident səfir kimi fəaliyyət göstərərək Yaxın Şərqdə ilk Barbados səfirliyini açmışdır.
2013-cü ildə c-b Abed dünyanın ən erkən Mərkəzi Bankın Rəqəmsal Valyutalarından (CBDC) birini təqdim etmiş qabaqcıl şirkət olan Bitt-in idarə heyətinin sədri idi. 2016-cı ildə o, tez bir zamanda öz kateqoriyasında ən məhsuldar hedcinq fondu olmuş Digital Asset Capital Management (DACM) şirkətinin həm-təsisçisi oldu. Bu gün o, rəqəmsal iqtisadiyyat məsələlərində, tənzimləmə və blokçeyn texnologiyalarında aparıcı nüfuza malik şəxs olmaqda davam edir.
2018-ci ilin aprel ayında cənab Abed Bermuda baş naziri möhtərəm Devid Bertin xüsusi texnologiyalar üzrə müşaviri təyin edildi. O, 2020-ci ildə Dünya İqtisadi Forumunun Kriptovalyutaların Tənzimlənməsi Qrupu üzrə Qlobal Gələcək Şurasında liderlik vəzifəsini icra edib. O, eyni zamanda Barbados Fond Birjası və ANSA bankın (Trinidad) idarə heyəti üzvü olub. Cənab Abed Barbados Maliyyə Xidmətləri Komissiyasının FinTech üzrə altkomitəsinin fəxri üzvüdür.
Cənab Abed Ontario Texnologiya Universitetindən İnformasiya Texnologiyaları üzrə bakalavr, Şəbəkə təhlükəsizliyi üzrə magistr dərəcəsi ilə məzun olmuşdur. Blokçeyn və tənzimləmə texnologiyasına verdiyi töhfələrə görə cənab Abedə həmçinin Vest İndiya Universiteti tərəfindən Hüquq üzrə fəxri professor adı verilmişdir.
Binance Direktorlar şurasının sədri kimi c-b Abed hökumətlər, idarə, texnologiya və qaydalar sahəsində çoxtərəfli münasibətləri qurmaq məqsədi güdür.