2 gün ərzində Tether (USDT) MiCA qaydalarına əməl etmədiyi üçün Avropanın əksər birjalarından çıxarılacaq (delist). Digər regionlara təsir etmir.
Əslində, MiCA qaydaları Tether kimi şirkətlərə uyğunlaşmaq üçün 6 ildən 18 aya qədər vaxt verir. Lakin Tether daha əvvəl uyğunlaşmaq niyyətlərinin olmadığını bildirmişdi, buna görə də bir çox Avropa birjası USDT-ni delist etməyə qərar verib.