🚨Bill Ackman indicə Amazon, Meta və Microsoft-a böyük sərmayə yatırıb. İndi bu şirkətlər birlikdə onun portfelinin təxminən üçdə birini təşkil edir
“In Good Company” podkastında Pershing Square-in rəhbəri bildirib ki, Wall Street-in böyük süni intellekt xərcləri planlarına görə satdığı məhz həmin iri texnologiya şirkətlərinin səhmlərini alır.
Onun məntiqi sadədir. Şirkət çıxıb deyir ki, “tələb o qədər güclüdür ki, ona çatmaq üçün planlaşdırdığımızdan qat-qat çox xərcləməliyik”... və səhmlərin qiyməti düşür. Ackman üçün bu, əla fürsətdir.
O, mövqelərini belə qurub:
🔹$AMZN: Trampın “Azadlıq Günü” tariflərindən sonra yaranan panika zamanı alıb
🔹$META: 2025-ci ilin sonunda almağa başlayıb
🔹$MSFT: 2026-cı ilin əvvəlində alıb, bunun üçün Google-dakı payının bir hissəsini satıb
#BillAckman #BigTech #AI