Acala Tokeni (ACA) nədir?
Acala 2019-cu ildə yaradılmış müstəqil mərkəzləşdirilməmiş platformadır. O, geniş şəkildə Polkadot mərkəzləşdirilməmiş şəbəkəsini dəstəkləmək üçün qurulmuş DeFi (mərkəzləşdirilməmiş maliyyə) mərkəzi kimi qəbul edilir.
Acala Polkadot-un əsas relay zəncirində müstəqil şəkildə inkişaf etdirilən paraçeyn və blokçeyndir. Platforma Polkadot-a xas olan Substrate blokçeyn inkişaf çərçivəsi istifadə edilərək yaradılıb.
Polkadot şəbəkə paraçeyni kimi fundamental xarkateri və dizaynına əlavə olaraq, Acala da Ethereum-a uyğundur və Avtomatlaşdırılmış Marketmeyker və ya AMM tərzli mərkəzdənkənar mübadilədə (DEX) zəncirlərarası likvidlik əməliyyatları üçün optimallaşdırılıb.
Acala Laminar və Polkawallet arasında rəsmi razılaşmanın nəticəsidir. Bu iki qurum DeFi mərkəzi yaratmaq məqsədilə birləşmiş və bu məqsədlə fəaliyyətlərini uzlaşdırmışdır. Hazırda Acala şəbəkəsində ticarət və Polkadot şəbəkəsində həyata keçirilən digər likvidlik əsaslı funksiyaları dəstəkləmək üçün müxtəlif likvidlik cütləri və aktivlər mövcuddur.
Acala Şəbəkəsi Fuyao Jiang, Ruitao Su, Bette Chen və Bryan Chen tərəfindən qurulmuş və inkişaf etdirilmişdir. Onun yerli kriptovalyutası olan ACA steykinq üçün əməliyyat haqlarının ödənilməsində və şəbəkənin inkişafına təsir edən qərarlarda səsvermə hüququ verən idarəetmə tokeni kimi istifadə olunur.
ACA tokeni Polkadot üzərində qurulmuş DeFi platforması olan Acala Şəbəkəsinin yerli istifadə və idarəetmə tokenidir. Bu token idarəetmə səsverməsində, əməliyyat haqlarının ödənilməsində, steykinq və şəbəkə iştirakına təşviq məqsədilə istifadə olunur. ACA, həmçinin Acala ekosistemində stabilkoin əməliyyatları və likvidlik təminatı kimi əsas funksiyaları da dəstəkləyir.
ACA ticarət və alış üçün Binance-də siyahıya alınıb. ACA-nın qiyməti real vaxt rejimində Binance-də yenilənir və əlçatandır.
