Komissiya və Tranzaksiyalara baxış

Komissiya faizi
Binance Opsionlar Təkmilləşdirilmiş Proqramı həm Opsion Meyker, həm də Teyker proqramını bir arada təqdim edən tam həll proqramıdır. Kvalifikasiyalı iştirakçıların Həftəlik Meyker və Teyker komissiyaları müvafiq olaraq onların Həftəlik Meyker və Teyker şərti həcm və ya həcm payına əsaslanacaq. Kvalifikasiyalı iştirakçılar, həmçinin üstünlük verilən təkmilləşdirmə seçimindən asılı olaraq VIP səviyyəli təkmilləşdirmələr və ya USDⓢ-M Fyuçer Meyker səviyyə təkmilləşdirməsi alacaqlar
Aşağıdakı tələblərin hər ikisini yerinə yetirməklə proqrama qoşula bilərsiniz:
Binance Opsionlar və ya digər platformalarda 30 günlük Opsion treydinq həcminizin 100 000 000 USDT-ni keçdiyini sübut edin.
Bütün Binance hesablarında ən azı 100 000 USDT-yə ekvivalent olan məbləğ saxlayın.
Binance Opsionlar Təkmilləşdirilmiş proqramına müraciət etmək istəyirsinizsə, futures-business@binance.com ünvanına e-məktub göndərin və Opsion treydinqlərinizin həcmini sübut edən materiallar (məsələn, başqa platformadakı opsion treydinqlərinizin həcmini əks etdirən skrinşotlar) təqdim edin. Alternativ olaraq, əsas hesab üzrə dəstək komandası ilə birbaşa əlaqə saxlaya bilərsiniz.
Komissiya və tranzaksiya tarixçənizin tam icmalına baxmaq üçün daxil olun