💧 Süni intellekt 1 sual üçün 6 litr su sərf edir?
Yalan! 😅
Real rəqəm çox daha kiçikdir:
- Gemini — təxminən 5 damcı su (0.26 ml)
- ChatGPT (GPT-4o) — bir neçə ml (2-4 ml)
- Ən pis halda belə 10-30 ml arasındadır.
6 litr rəqəmi isə ciddi şişirdilib və sensasiya üçün yayılıb.
Bir sual soruşanda serverlər qızır, soyutma üçün su buxarlanır. Amma bir hamburger yemək üçün lazım olan su ilə müqayisədə (2500 litr) bu heç nədir.
Maraqlı fakt: 2025-ci ildə bütün AI birlikdə yüz milyonlarla litr su işlədib, amma hər bir fərdi sual damcılarla ölçülür.
Sən nə düşünürsən? AI-nin “su izi” haqqında narahatsan, yoxsa şişirtmələrə? 👇
