ROBO QALXIR - Səbəb Sadəcə Listinq Deyil

#ROBO #FabricProtocol #ROBOUSDT #Binance

ROBO yenə qalxır. Hamı "pump" deyir. Amma qrafikə yox, arxa plana baxsan səbəbini görəcəksən.

Bu qalxış təsadüfi deyil. 3 real səbəbi var.

1. Binance effekti hələ bitməyib

Binance ROBO-nu 4 Martda list etdi: ROBO/USDT, ROBO/USDC, ROBO/TRY.

Amma diqqət: Binance listlə bərabər 300 milyon ROBO-nu marketing üçün ayırdığını açıqladı. Yəni listinq son deyil, başlanğıc idi.

Hələ də Binance Wallet və Binance Alpha-da ticarət yarışmaları gedir. 1.998.000 ROBO mükafat paylanır. Alım həcmi artdıqca qiymət də təbii ki, reaksiya verir.

2. Hekayə dəyişdi

Əvvəl hamı ROBO-nu "süni intellekt coini" kimi görürdü. İndi isə "DePIN + Robot İnfrastrukturu" kimi görür.

Niyə vacibdir? Çünki AI coinləri çoxdur, amma robotların bir-birinə ödəniş etməsi üçün infrastruktur cəmi 2-3 dənədir. Fabric Protocol o boşluğu tutub.

Tesla, Boston Dynamics kimi şirkətlər hər gün yeni robot çıxarır. Hər yeni robot = ROBO hekayəsinə bir xal.

3. Seed Tokenlərin qaydası

ROBO-ya Binance "Seed" etiketi vurub. Bu nə deməkdir?

Seed tokenlər çox riskli olur, amma qalxanda da 2x-3x birdən qalxır. Çünki market cap-i kiçikdir, likvidlik birdən girəndə qiymət uçur.

İndi ROBO-da olan da budur. Kiçik xəbər, böyük hərəkət.

Bəs sonra nə olacaq?

Açıq deyim: ROBO qalxır deyə FOMO-ya düşüb zirvədən almaq ən böyük səhvdir.

Mənim strategiyam:

- Qalxanda sevinmirəm, səbəbini axtarıram

- Düşəndə qorxmuram, layihə işləyirmi ona baxıram

- ROBO-da əsas sual budur: OM1 sisteminə realda neçə robot qoşulub?

Əgər robot sayı hər ay artırsa, qiymətin qalxması davam edəcək. Yox əgər sadəcə ticarət yarışıdırsa, yarış bitəndə geri çəkiləcək.

Sən ROBO-nu qısa ticarət üçün izləyirsən, yoxsa uzun vəd robot infrastrukturu olaraq?

Rəydə yaz - hamının fikrini görək.

---

Bu məzmun təhsil üçündür, maliyyə məsləhəti deyil. Seed tokenlər yüksək risklidir.

#robo#robot#ROBOUSDT