🚨 SƏN BALİNA OLMAQ İSTƏYİRSƏN, YOXSA BAŞQALARINI BALİNA EDİRSƏN? 🐋

Gördüyün o böyük Futures qazanc paylaşımlarını izləyirsən...

İlk düşündüyün nədir? 50–100$ yatırıb 100.000–200.000$ qazanmaq! 💰

DAYAN! SƏHV DÜŞÜNÜRSƏN! ⚠️

Bir anlıq düşün: Sən o böyük qazanc rəqəmlərinə baxarkən, bəlkə də sənin itirdiyin pullarla başqaları öz sərvətini böyüdür.

Unutma:

Hər qazanc paylaşımı real uğurun tam hekayəsi deyil.

Böyük leverage böyük risk deməkdir.

Sən qazandığını düşünərkən, başqası sənin likvidasiyanı gözləyə bilər.

Futures bazarında hər kəs balina ola bilməz, amma çoxları balinaların ovuna çevrilir.

🐋 Ən vacib sual: Sən bazarda pul qazanmağa gəlmisən, yoxsa başqalarının qazanmasına şərait yaratmağa?

Əvvəl kapitalını qoru, sonra qazanc haqqında düşün!

⚠️ Bu paylaşım maliyyə məsləhəti deyil. Futures yüksək risk daşıyır.