Məzmun
Giriş
Çubuq qrafikləri nədir?
Çubuqlar necə işləyir?
Çubuq qrafiklərindən məlumatı necə oxumaq olar
Çubuq qrafikləri hansı məlumatları təqdim edə bilmir
Heikin-Ashi çubuqları
Xülasə
Giriş
Ticarət və ya investisiyalarda yeni başlayanlar üçün qrafikləri oxumaq olduqca çətin bir iş ola bilər. Bəziləri intuisiyalarına etibar edir və məhz bu, sərmayə qoyarkən onlara rəhbərlik edir. Belə strategiya bull bazar dövründə işləyə bilər, lakin uzunmüddətli planlaşdırma üçün uyğun deyil.
Ticarət və investisiya – bu ehtimal və risk idarəçiliyi ilə bir oyundur. Məlumat oxumaq bacarığı demək olar ki, hər hansı bir investisiya növü üçün kritik əhəmiyyət kəsb edir. Bu məqalədə biz «Yapon Şamı» qrafikinin nə olduğunu və ondan məlumatı necə oxumaq lazım olduğunu izah edəcəyik.
Şam qrafikləri nədir?
«Yapon Şamı» qrafiki - müəyyən bir vaxt dilimində aktivin qiymət hərəkətlərini təsvir edən bir maliyyə qrafikasıdır. Adından göründüyü kimi, o, hər biri eyni zaman intervalını nümayiş etdirən şamlardan ibarətdir. Bu, demək olar ki, istənilən dövr ola bilər - bir neçə saniyədən bir neçə ilə qədər.
Belə qrafiklər 17-ci əsrdə meydana çıxmışdır. Bu cür qrafik qurma alətinin yaradılması tez-tez Yapon düyü ticarətçisi Homma ilə əlaqələndirilir, onun ideyaları müasir şam qrafiklərinin əsasını təşkil edir. Onlar bir neçə dəfə təkmilləşdirilib, xüsusilə də müasir texniki analizlərin atalarından biri olan Çarlz Doun tərəfindən.
Şamlar müxtəlif növ məlumatların analizində istifadə oluna bilər, lakin əsasən onlar maliyyə bazarlarında qiymət dalğalanmalarını daha asan başa düşmək üçün nəzərdə tutulub. Düzgün istifadə edildikdə, bu alət treyderlərə qiymət dəyişikliklərinin ehtimalını düzgün qiymətləndirməyə kömək edir. O, həmçinin treyderlərə və investorlar öz bazar analizlərinə əsaslanaraq öz fikirlərini formalaşdırmağa imkan verir.
Şamlar necə işləyir?
Hər bir şam aşağıdakı elementlərdən ibarətdir ki, bunlar müəyyən bir vaxt dilimində aktivin dəyərinin dəyişməsini göstərir:
Açılış – aktivin bu dövr üçün qeydə alınmış ilk ticarət qiymətidir.
Maksimum – bu dövr üçün qeydə alınmış ən yüksək qiymətdir.
Minimum – bu dövr üçün qeydə alınmış ən aşağı qiymətdir.
Bağlanma – bu dövr üçün qeydə alınmış son qiymətdir.

Bu işarələrin cəmini adətən OHLC (ingilis dilində Open-high-low-close chart) adlandırırlar. Açılış, maksimum, minimum və bağlanma arasındakı nisbət şamın formasını təyin edir.
Açılış və bağlanma arasındakı məsafəyə bədən, bədən ilə maksimum/minimum arasındakı məsafəyə isə fitil, ya da kölgə deyilir. Şamın maksimumu və minimumu arasındakı məsafə şamın diapazonu adlanır.
Şam qrafiklərindən məlumatı necə oxumaq
Bir çox treyder şamların histogramlar və ya xətkeş qrafiklərdən daha asan oxunduğunu düşünür, baxmayaraq ki, eyni məlumatları təqdim edir. Şamlar ilk baxışdan oxunaqlıdır, yəni qiymət hərəkətlərinin daha aydın nümayişini təqdim edir.
Şamlar müəyyən bir vaxt dilimində öküzlər və ayılar arasındakı müqaviməti proyeksiya edir. Adətən, bədənin uzunluğu nə qədər çoxdursa, alış və ya satışın təzyiqi bir o qədər güclü olur. Əgər şamın fitilləri qısa olarsa, bu, həmin vaxt dilimində maksimum (ya da minimum) qiymətlərin bağlanma qiymətinə yaxın olduğunu göstərir.
Rəng və parametrlər qrafik qurma alətlərinə görə fərqlənə bilər, amma əsasən, əgər bədən yaşıl rəngdədirsə, aktivin bağlanma qiyməti açılış qiymətindən yuxarı olub. Qırmızı rəng isə qiymətin vaxt dilimində aşağıya doğru hərəkət etdiyini və şamın açılış qiymətindən aşağıda bağlandığını göstərir.
Bəzi analitiklər ağ-qara nümayişi üstün tutur. Bu halda yaşıl və qırmızı rənglər əvəzinə, qrafiklər yuxarı hərəkətləri boş şamlarla, aşağı hərəkətləri isə tamamilə qara şamlarla nümayiş etdirir.
Şam qrafikləri hansı məlumatları çatdıra bilmir
Şamlar qiymət hərəkətləri haqqında ümumi təsəvvür yarada bilər, amma onlar sizə kompleks analiz üçün lazım olan bütün məlumatları təqdim etməyəcək. Beləliklə, şamlar açılış və bağlanma arasında baş vermiş hadisələri nümayiş etdirməyəcək, yalnız iki nöqtə arasındakı məsafəni (ən yüksək və ən aşağı qiyməti də daxil olmaqla) göstərəcək.
Məsələn, fitillər bizə dövrün maksimum və minimum qiymətləri haqqında məlumat verir, lakin bu dəyişikliklərin ardıcıllığını təsvir etmir. Bununla belə, əksər qrafiklərdə vaxt dilimləri dəyişdirilə bilər, bu da treyderlərə müəyyən bir dövr ərzində qiymət dəyişiklikləri haqqında daha detallı məlumat əldə etməyə imkan verir.
Şam qrafiki eyni zamanda kiçik vaxt dilimlərində çoxlu bazar səsini də əhatə edə bilər. Şamların sürətli dəyişiklikləri bəzən onların şərhini çətinləşdirir.
Heikin-Ashi şamları
Bu məqalədə biz Yapon şamı qrafiki adlandırılan şeyi müzakirə etdik, lakin onların qurulmasının başqa yolları da var. Bunlardan biri Heikin-Ashi metodudur.
Heikin-Ashi yapon dilindən «orta zolaq» kimi tərcümə olunur. Bu cür şam qrafikləri orta qiymət məlumatlarını istifadə edən modifikasiya olunmuş bir formulaya əsaslanır. Əsas məqsəd – qiymət hərəkətini yumuşaltmaq və bazar səsini filtrləməkdir. Beləliklə, Heikin-Ashi şamları bazar tendensiyalarını, qiymət modellərini və mümkün dönüş zonalarını müəyyən etməyi asanlaşdıra bilər.
Treyderlər tez-tez Heikin-Ashi şamlarını şam qrafiklərinə əlavə olaraq istifadə edərək bazar tendensiyalarını daha dəqiq müəyyən etməyə çalışırlar, yalnış siqnalları keçərək. Heikin-Ashi yaşıl şamları alt fitilsiz adətən güclü yüksələn tendensiyanı göstərir, qırmızı şamlar isə yuxarı fitilsiz güclü düşən tendensiyanı göstərə bilər.
Heikin-Ashi şamları güclü texniki analiz alətinə çevrilə bilər, lakin hər hansı başqa metoda bənzər şəkildə, onların da öz məhdudiyyətləri var. Belə şamlar qiyməti ortaladığı üçün, onlar adi şamlardan daha uzun müddətdə formalaşır. Bundan əlavə, qiymət aralıqları göstərilmir və bəzi qiymət məlumatları gizlənə bilər.
Xülasə
Şam qrafiki hər hansı bir treyder və ya investisiyaçının əvəzsiz alətlərindən biridir. O, yalnız müəyyən bir aktivin qiymət dalğalanmalarını vizuallaşdırmır, həm də müxtəlif vaxt dilimlərində məlumatları analiz etməyə lazım olan çevikliyi təmin edir.
Qrafiklərin və naxışların müxtəlif yönlü öyrənilməsi, analitik düşüncə və geniş təcrübə treyderə sonunda bazarda müəyyən bir üstünlük verə bilər. Lakin əksər treyderlər və investorlar daha çox dəqiqlik üçün digər metodlara, məsələn, fundamental analizin istifadəsinə meyllidir.
