Kripto dünyasında Ethereum, "pul və yeni növ tətbiqlər üçün qlobal, mərkəzsiz bir platformadır". Ethereum blokçeyninin üstündə minlərlə oyun və maliyyə tətbiqi işləyir. Bu kripto o qədər populyardır ki, hətta digər kripto valyutaları da onun şəbəkəsində işləyir.
Ethereumun mərkəzində onun blokçeyn şəbəkəsi dayanır. Blokçeyn, əməliyyatların təsdiqləndiyi və qeydə alındığı mərkəzsiz, paylanmış bir açıq qeydiyyatdır.
Bu, Ethereum şəbəkəsində iştirak edən hər kəsin bu qeydiyyatın eyni nüsxəsini saxlaması anlamında paylanmışdır, bu da onlara bütün keçmiş əməliyyatları görməyə imkan tanıyır. Bu, şəbəkənin heç bir mərkəzləşdirilmiş varlıq tərəfindən idarə olunmadığı, əksinə, bütün paylanmış qeydiyyat sahibləri tərəfindən idarə olunduğu anlamında mərkəzsizdir.
Blokçeyn əməliyyatları şəbəkəni təhlükəsiz saxlamaq və əməliyyatları təsdiqləmək üçün kriptoqrafiyadan istifadə edir.
Ethereum-da yerli token olan Ether, Bitcoin kimi mall və xidmətləri almaq və satmaq üçün istifadə oluna bilər. Amma Ethereum-un fərqi ondadır ki, istifadəçilər kompüterdə proqram işlətdiyi kimi blokçeynlə “işləyən” tətbiqlər qura bilərlər. Bu tətbiqlər şəxsi məlumatları saxlaya və ötürə bilər və ya mürəkkəb maliyyə əməliyyatlarını idarə edə bilər.