Kriptovalyuta Təhlükəsizliyinin İqtisadi Məsələlərə Təsiri Nədir?
2009-cu ildən Bitcoin-in başlanğıcından etibarən kriptovalyutanın tətbiqi ictimaiyyət üçün çox nəzərəçarpandır. Yeni valyuta forması, müstəqil və rahat xarakteri sayəsində dünyada populyar və əlverişli valyuta mənbəyi kimi özünü təsdiqləyib. Müxtəlif kriptovalyuta formaları alternativ valyuta mənbəyi kimi xidmət etmək üçün icad edilmişdir.
2020-ci ilin yanvar ayından etibarən 2000-dən çox kriptovalyuta mövcuddur. Bununla yanaşı, ABŞ-da demək olar ki, 36.5 milyon insan bir növ valyuta sahibi və ya sərmayə qoyur. Bitcoin kimi kriptovalyutalar, daha yeni və rəqəmsal əsaslı valyuta növü təqdim etdikləri üçün bəyənilir. Bu saytlar əməliyyatlarla qarşılıqlı əlaqə qurmaq üçün üçüncü tərəfi istifadə etmir. Bu, əməliyyatların birbaşa alıcıdan satıcıya keçməsinə imkan tanıyır. Bitcoin, aşağı əməliyyat xərcləri və daha sürətli emal kimi bir çox üstünlükləri ilə də tərif olunub. Bu da son illərdə yüz milyardlarla dolların yeni valyuta formalarına axmasının səbəblərindən biridir. Kriptovalyutanın arxasında duran texnologiya olan blokçeyn, sonunda ana axına doğru bir addım atıb.
Kriptovalyuta dünyanın hər yerində sahibkarlar üçün çoxsaylı stimullar yaradır. Bu, sahibkarların yalnız milli bazarlara sadiq qalmaq əvəzinə beynəlxalq bazarlara daha asan çatmasına imkan verib. Bu isə satıcılara əvvəl heç vaxt əlçatan olmayan bazarlarla əlaqələr qurmağa və etimad formalaşdırmağa kömək edib və inkişaf etməkdə olan ölkələr üçün böyük üstünlük olub. 2020-ci ilin son üç ayında hər gün dünyada orta hesabla 287 min təsdiqlənmiş Bitcoin əməliyyatı qeydə alınıb.
Bu yeni valyuta forması hələ də onu növbəti addımı atmaqdan çəkindirən bəzi çatışmazlıqlara malikdir. Onlayn valyuta ilə bağlı əsas problemlərdən biri alıcıları qorumaqda uğursuzluqdur. Saytlar əməliyyatları üçüncü tərəfə həvalə etməkdən istifadə etməyə qarşı olduqları üçün bəzi alıcılar aldadılır. Bitcoin kimi valyutalar yalnız onlayn alıcıların çox kiçik bir qismi tərəfindən qəbul edilir.
Kriptovalyuta biznes aparmağın texnologiyaya əsaslanan yeni bir yolunu təqdim edib. Bazar çoxsaylı yeni alıcılar gətirib və beynəlxalq ticarətin daha rəvan şəkildə baş verməsinə imkan yaradıb. Bazar yüksəlişdə olsa da, daha geniş istifadə olunan valyuta formasına çevrilmək üçün hələ də getməli olduğu yol var.