GİRİŞ

Kredit kartı, fiat depozitləri və ya elektron cüzdanlardan başqa kripto almaq üçün müxtəlif ödəniş metodlarından biridir.

Kredit kartları kripto almaq üçün ən sürətli yoldur.

STABLECOINLAR NƏDİR

Stablecoinlar, Bitcoin kimi sabit olmayan kriptovalyutalara nisbətən qiymət sabitliyi təklif etməyə çalışan kriptovalyutalar sinifidir. Stablecoin bazar dəyəri ABŞ dolları və ya qızıl kimi "sabit" rezerv aktivinin dəyərinə bağlıdır. Məsələn, Binance USD (BUSD), USD Coin (USDC) və Tether (USDT) hamısı 1:1 nisbətində ABŞ dolları ilə dəstəklənir. Bir BUSD, USDC və ya USDT bir ABŞ dollarına bərabərdir.

STABLECOIN-LƏRİN NÖVLƏRİ

1.Kommoditiyə əsaslanan Stablecoin-lər:

“stablecoin-lərin müxtəlif növləri hansılardır?” sualına cavablardakı ikinci bənd kommoditiyə əsaslanan stablecoin-ləri ön plana çıxarır. Adından da göründüyü kimi, kommoditiyə əsaslanan stablecoin-lər qiymətli metallar kimi müxtəlif növ əvəzlənə bilən aktivlərin dəstəyinə malikdir. Kommoditiyə əsaslanan stablecoin-lər üçün girov kimi ən çox istifadə edilən kommoditi qızıldır.

Bundan əlavə, qızıldan başqa daşınmaz əmlak, neft və qiymətli metallar kimi aktivlərlə dəstəklənən bir çox başqa stablecoin də tapa bilərsiniz. Kommoditiyə-girovlu stablecoin-lərin sahibləri əsasən real dəyəri olan maddi aktivi üzərində mülkiyyət hüququna sahib olurlar. Bu, kriptovalyutaların əksəriyyəti ilə müqayisədə ciddi üstünlükdür.

Kommoditilər adətən zaman keçdikcə dəyər qazanmaq üçün imkanlar yaradır. Nəticədə bu cür stablecoin-lər kommoditiyə əsaslanan stablecoin-ləri saxlayan və istifadə edən insanlar üçün daha yaxşı təşviqlər təklif etməyə meyilli olur. Bundan əlavə, kommoditiyə-girovlu stablecoin-lər dünyada hər kəsin qızıl kimi qiymətli metallara investisiya etməsi üçün də imkan yarada bilər.

Ənənəvi olaraq bu cür kommoditilər yalnız maliyyə cəhətdən imtiyazlı sinif üçün məhdud idi. Lakin kommoditiyə əsaslanan stablecoin-lər coğrafiyadan asılı olmayaraq hər kəs üçün orta səviyyəli insanın investisiya imkanlarını yeni səviyyəyə çıxarır.

2. Fiat-girovlu Stablecoin-lər:

Fiat-girovlu stablecoin-lər gördüyünüz ilk stablecoin variantıdır. Onlar Avro, GBP və ya ABŞ dolları kimi fiat valyutanın dəstəyinə malikdir. Fiat-girovlu stablecoin-lər 1:1 nisbətdə girovla ən sadə stablecoin növləridir. 1:1 nisbət o deməkdir ki, bir stablecoin dollar və ya bir Avro kimi valyutanın bir vahidinə bərabərdir.

Deməli, hər bir fiat-dəstəkli stablecoin-i dəstəkləmək üçün bank hesabında real fiat valyuta var. Stablecoin-i idarə edən qurum rezervdən uyğun miqdarda fiat valyutanı götürüb istifadəçinin bank hesabına göndərdiyi üçün istifadəçilər sikkələrini geri dəyişə (redeem) bilirlər. Eyni zamanda ekvivalent miqdarda stablecoin dövriyyədən çıxarılır və ya məhv edilir.

Fiat dəstəkli stablecoin-lər struktur üstünlüyünə görə ən sadə stablecoin kateqoriyalarından biridir. Sadəlik yeni başlayanların kriptovalyutaları daha yaxşı başa düşməsi üçün ən dəyərli üstünlükdür. Buna görə də fiat dəstəkli stablecoin-lər stablecoin-lərin geniş miqyaslı qəbulunu təşviq etməkdə böyük rol oynaya bilər. Ölkənin iqtisadiyyatının sabitliyi stablecoin dəyərinin məhdud dalğalanmasını təmin edir.

3.Alqoritmik Stablecoin-lər:

Stablecoin kateqoriyaları arasında yekun əlavə bizə girovsuz və ya alqoritmik stablecoin-lərə gətirir. Girovsuz və ya alqoritmik stablecoin-lərin onları dəstəkləyən heç bir aktiv və ya girovu yoxdur. Bəs alqoritmik stablecoin-lər onları dəstəkləyəcək heç bir girov olmadığı halda necə stablecoin kimi təsnif olunur?

Girovsuz və ya alqoritmik stablecoin-lər stablecoin tədarükünü idarə etmək üçün alqoritmdən istifadə edir. Bu cür yanaşma həm də seignorage shares (senyoraj payları) kimi tanınır. Tələb artdıqca qiyməti normal səviyyəyə endirmək üçün yeni stablecoin-lər yaradılacaq. Ticarət nəzərəçarpacaq dərəcədə aşağı olarsa, dövriyyədə olan tədarükü azaltmaq üçün bazardakı sikkələr satın alınır.

Əsasən, alqoritmik stablecoin-lər bazar təklifi və tələbi prinsiplərinə əsasən sabitlik təklif edə bilər. Həmçinin qeyd etmək vacibdir ki, alqoritmik stablecoin-lər ən yüksək səviyyədə mərkəzsizləşmə və müstəqilliyə malikdir. Digər tərəfdən, bu cür alqoritmik blokçeyn tipləri uğur qazanmaq üçün davamlı artım tələb edir. Siz bilməlisiniz ki, likvidlik üçün alqoritmik stablecoin-lərin heç bir girovu yoxdur və qəza (düşüş) zamanı hər kəs pulu itirə bilər.

4.Kripto-girovlu Stablecoin-lər:

Yaxşı, kriptovalyutaların stablecoin-ləri dəstəklədiyini düşünəndə bu bir az yerinə düşməyən görünə bilər. Bəs kriptovalyutaların volatilliyi necə? Kriptovalyutalarla dəstəklənən stablecoin-lərdə sabitliyi necə gözləmək olar? Əslində, kripto-girovlu stablecoin-lər fiat-girovlu stablecoin-lərlə müqayisədə daha yaxşı mərkəzsizləşdirmə təklif edir. Bundan əlavə, stablecoin-lər ümumiyyətlə girov olaraq qiymət dalğalanmalarını udmaq üçün həddindən artıq girovlaşdırılır. Gəlin bir misalla kripto dəstəkli stablecoin tiplərini daha yaxşı anlayaq.

Tutaq ki, stablecoin almaq üçün təxminən 1000 ABŞ dolları dəyərində Ether depozit etməlisiniz. Buna görə də görürsünüz ki, stablecoin-lər 200% girovlaşdırılıb, yəni 25% qiymət düşüşünə dözmə ehtimalı var. Qiymət düşəndən sonra belə stablecoin-ləriniz $500 dəyərində qalacaq, baxmayaraq ki, bu zaman $750 dəyərində Ether ilə dəstəklənəcək. Kriptovalyuta girovu olan Etherin qiyməti nəzərəçarpacaq dərəcədə düşərsə, stablecoin-lər avtomatik olaraq likvidasiyaya tabe olacaq.

Stablecoin kateqoriyaları içində bu yazıda müəyyən edə biləcəyiniz ən vacib xüsusiyyət mərkəzsizləşdirmədir. Kripto-dəstəkli stablecoin-lər daha yaxşı təhlükəsizlik və daha şəffaf olmaqla prosesləri daha az etimad tələb edən edə bilər. Vəsaitlərinizə nəzarət edən tək bir qurum olmadıqda, siz mərkəzsizləşdirmənin üstünlüyünə sahib olursunuz.

Bundan əlavə, bəzi kripto-dəstəkli stablecoin-lər riskin səmərəli bölüşdürülməsini təmin etmək üçün bir neçə kriptovalyuta ilə dəstəklənir. Həmçinin kripto-dəstəkli stablecoin-lər daha yaxşı likvidlik üstünlüyünə də malikdir. Lakin hazırda istifadə olunan ən mürəkkəb stablecoin növlərindən biri kripto-girovlu stablecoin-lərdir.

STABLECOIN-LƏRİN ÜSTÜNLÜKLƏRİ

Stablecoin-lər investorlar, treyderlər və kriptovalyuta istifadəçiləri üçün çevik və güclü alətlərdir. Əsas üstünlükləri bunlardır:

1. Stablecoin-lər gündəlik ödənişlər üçün istifadə oluna bilər:

Mağazalar, bizneslər və fərdlər sabitliyi dəyərləndirir. Yüksək volatillik səbəbilə kriptovalyutalar ödənişlərin emalı üçün geniş istifadə olunmayıb. Böyük stablecoin-lər peg-lərini qorumaq üzrə rekord göstərir və bu onları gündəlik istifadə üçün uyğun edir.

2. Stablecoin-lərin blokçeyn əsaslı olması üstünlükləri var:

Siz uyğun kripto cüzdanı olan (saniyələr içində pulsuz yaradıla bilər) istənilən şəxsə qlobal miqyasda stablecoin göndərə bilərsiniz. İkili xərc (double-spending) və yalançı əməliyyatları etmək də demək olar ki, mümkün deyil. Bu keyfiyyətlər və digərləri stablecoin-ləri inanılmaz dərəcədə çevik edir.

3. Stablecoin-lər treyderlər və investorlar tərəfindən portfellərini hedc etmək (riskdən qorunmaq) üçün istifadə oluna bilər:

Portfelin müəyyən faizini stabilizasiya olunmuş sikkələrə ayırmaq ümumi riski azaltmaq üçün effektiv yoldur. Portfeliniz bütövlükdə bazar qiymət dəyişikliklərinə daha davamlı olacaq və yaxşı bir fürsət yarandıqda sizdə vəsait də hazır olacaq. Siz həm də bazar enişi zamanı kriptoyu stablecoin-lərə sata və onları daha aşağı qiymətə yenidən ala bilərsiniz (yəni, shorting). Stablecoin-lər pulu onlayn olmayan (off-chain) şəkildə çıxarmağa ehtiyac olmadan mövqelərə rahat şəkildə daxil olmağa və çıxmağa imkan verir.

ƏN POPULYAR 3 STABLECOIN

1.Tether (USDT), qiymət $1.00 və $ 73.20B bazar dəyəri

2.USD Coin (USDC), qiymət $1.00 və $ 53.19B bazar dəyəri

3.Binance USD (BUSD), qiymət $1.00 və $ 6.95B bazar dəyəri

4.Dai (DAI), qiymət $1.00 və $ 6.57B bazar dəyəri

* Bu qiymətlər 24 may 2022-ci il tarixindəki qiymətlərin göstəricisidir.

* Bu siyahı bazar kapitallaşmasına görə sıralanıb və Binance-in hər hansı valyutanı almaq və ya satmaq üçün tövsiyəsini və ya təsdiqini təşkil etmir.

BINANCE-DA KREDIT KARTI İLƏ STABLECOIN-LƏRİ NECƏ ALMAQ OLAR?

Addım 1

Binance hesabınıza daxil olun və [Kripto al] — [Kredit/Debet Kart] üzərinə klik edin.

Addım 2:

Burada fərqli fiat valyutalar ilə kripto almağı seçə bilərsiniz. Nə qədər fiat xərcləmək istədiyinizi daxil edin və sistem avtomatik olaraq əldə edə biləcəyiniz kriptonun məbləğini göstərəcək.

Addım 3:

[Yeni kart əlavə et] üzərinə klik edin.

Addım 4:

Kredit kartınızın məlumatlarını daxil edin. Nəzərə alın ki, yalnız adınıza olan kredit kartları ilə ödəniş edə bilərsiniz.

Addım 5:

Ödəniş ünvanınızı daxil edin və [Kart əlavə et] üzərinə klik edin.

Addım 6:

Ödəniş məlumatlarını yoxlayın və 1 dəqiqə ərzində sifarişinizi təsdiqləyin. 1 dəqiqədən sonra alacağınız kriptonun qiyməti və miqdarı yenidən hesablanacaq. Ən son bazar qiymətini görmək üçün [Yenilə] üzərinə klik edə bilərsiniz. Komissiya dərəcəsi hər əməliyyat üçün 2%-dir.

Addım 7:

Siz bankınızın OTP (Birdəfəlik Şifrə) əməliyyatı səhifəsinə yönləndiriləcəksiniz. Ödənişi təsdiqləmək üçün ekrandakı təlimatları izləyin.

Tez-tez verilən suallar:

1. Kripto almaq üçün bank kartından istifadə etsəm, hansı ödəniş üsulları dəstəklənir?

Binance Visa və Mastercard ödənişlərini dəstəkləyir.

Visa Avropa İqtisadi Məkanı (AİM) ölkələrində, Ukraynada və Böyük Britaniyada kart sahibləri üçün qəbul olunur.

Mastercard ödənişləri aşağıdakı ölkə və regionlarda mövcuddur: Kolumbiya, Çexiya, Fransa, Almaniya, İndoneziya, İtaliya, Latviya, Lüksemburq, Meksika, Norveç, Polşa, Slovakiya, Sloveniya, İspaniya, İsveçrə, Türkiyə, Böyük Britaniya, Ukrayna və s.

2. Kartımın emissiya edən ölkəsi dəstəklənmir. Binance hazırda hansı kart emissiya ölkələrini dəstəkləyir?

Visa, Avropa İqtisadi Məkanı (AİM) ölkələrində, Ukraynada və Böyük Britaniyada kart sahibləri üçün qəbul olunur. Mastercard ödənişləri aşağıdakı ölkə və regionlarda mövcuddur: Kolumbiya, Çexiya, Fransa, Almaniya, İndoneziya, İtaliya, Latviya, Lüksemburq, Meksika, Norveç, Polşa, Slovakiya, Sloveniya, İspaniya, İsveçrə, Türkiyə, Böyük Britaniya, Ukrayna və s.

3. Hesabıma neçə bank kartı bağlaya bilərəm?

Siz 5-ə qədər bank kartı bağlaya bilərsiniz.

4. Niyə bu xəta mesajını görürəm: “Ödənişi rədd edən emissiya bankı. Zəhmət olmasa bankınızla əlaqə saxlayın və ya başqa bank kartı ilə yoxlayın.”?

Bu o deməkdir ki, bank kartınız bu tip əməliyyatı dəstəkləmir. Zəhmət olmasa bankınızla əlaqə saxlayın və ya başqa bank kartı ilə yoxlayın.

5. Vaxt məhdudiyyəti daxilində alışımı tamamlasam bilməsəm, əməliyyat ləğv ediləcək?

Bəli, vaxt məhdudiyyəti daxilində sifarişi tamamlamasanız, o etibarsız olacaq və siz yeni əməliyyat göndərməlisiniz.

6. Alışım uğursuz olsa, ödənilmiş məbləği geri ala bilərəmmi?

Uğursuz əməliyyatlar üçün ödəniş tutulubsa, ödəniş məbləğiniz kartınıza geri qaytarılacaq.

7. Sifariş tamamlandıqdan sonra aldığım kriptonu harada görə bilərəm?

Kriptonun gəlib-gəlmədiyini yoxlamaq üçün [Vəsaitlər] — [İcmal] bölməsinə gedin.

8. Sifariş verəndə mənə bildirilir ki, artıq gündəlik limitimə çatmışam. Limiti necə artırmaq olar?

Hesabın autentifikasiya səviyyəsini artırmaq üçün [Şəxsi Verifikasiya] bölməsinə keçib hesab limitinə yüksəldə bilərsiniz.

9. Alış tarixinə harada baxa bilərəm?

Sifariş tarixçənizə baxmaq üçün [Sifarişlər] — [Kripto alış tarixi] üzərinə klik edə bilərsiniz.

NƏTİCƏ

Bu gün investor və ya treyder görmək çətindir ki, bir zamanlar stablecoin saxlamasın. Stablecoin-lər çox vaxt kripto birjalarında saxlanılır ki, treyderlər yeni bazar imkanlarından tez istifadə edə bilsinlər. Dediyimiz kimi, fiat-a nağdlaşdırmadan mövqelərə daxil olmaq və çıxmaq üçün də çox faydalıdır. Ticarət və investisiyadan başqa stablecoin-lər ödənişlər, dünya üzrə köçürmələr üçün və DeFi ekosistemində staking vasitəsilə passiv gəlir əldə etmək üçün istifadə oluna bilər.

Kriptonun ayrılmaz hissəsi olsa da və yeni maliyyə sisteminin yaradılmasını mümkün etsə də, riskləri qiymətləndirməməlisiniz. Peg-lərin uğursuz olduğu stablecoin layihələrini, çatışmayan rezervləri və məhkəmə iddiaları problemlərini görmüşük. Yəni stablecoin-lər inanılmaz dərəcədə çevik alətlərdir, amma unutmayın ki, onlar hələ də kriptovalyutadır və oxşar risklər daşıyır. Portfelinizi diversifikasiya etməklə riskləri azalda bilərsiniz, lakin investisiya və ya ticarət etməzdən əvvəl mütləq öz araşdırmanızı aparın və itirməyə gücünüz çatmayan məbləği sərmayə kimi qoymayın.