Binance-də sıfır komissiyalı #BTC ticarətin sona çatması ilə bazar payı kəskin şəkildə azaldı

Mayın ortalarında dərc olunan CC Data hesabatı göstərdi ki, birjanın bazar payı ikinci dəfə ardıcıl olaraq aşağı düşərək 46,3%-ə çatıb. Bu, Binance üçün 2022-ci ilin oktyabrından bəri bazar payının ən aşağı faizi deməkdir.

📍Əvvəllər Binance bazar payının yarısından çoxuna nəzarət edirdi, bəzi göstəricilər 57,5%-ə qədər yüksəlmişdi. Bundan əlavə, hesabatda qeyd olunub ki, Binance-də spot ticarət aprel ayında 48,1% azalaraq 287 milyard dollara düşüb.

Marathon Digital istehsalını may ayında 77% artıraraq 1,245 BTC-ə çatdırdı.

Ordinals sayəsində Bitcoin tranzaksiya haqlarında əhəmiyyətli artım may ayında BTC Marathon Digital-in çıxardığı (minded) məbləğin 11,8%-ni təşkil edib.

Yapon tənzimləyiciləri OpenAI-ni həssas məlumatların toplanmasına qarşı xəbərdarlıq edir.

Yaponiya Şəxsi Məlumatların Qorunması Komissiyası OpenAI-ni razılıq olmadan məlumat toplamağa qarşı xəbərdar edib.

Çin milli miqyasda blokçeyn standartı dərc edir.

Çin blokçeyn sənayesi üçün onun sürətli inkişafını və mənimsənilməsini artırmaq məqsədilə standartlaşdırılmış qaydalar açıqlayıb.

Alchemy Pay “NFT Checkout” üçün Mastercard ilə birləşir.

Tərəfdaşlıq NFT-lərin alınması üçün birbaşa fiat ödənişini mümkün edəcək — bu, rahatlığı və NFT bazarına çıxış əlçatanlığını artırır.

Kakarot zkEVM pre-seed raundunda StarkWare və Vitalik Buterin tərəfindən dəstək alıb

Kakarot zkEVM, Starknet inteqrasiyası ilə daha təhlükəsiz və miqyaslana bilən EVM-uyğun tətbiq hazırlığı üçün yol açır.