Almaniya 2023-cü ilin birinci rübündə rəsmi olaraq ressesiyaya girdi. Almaniyanın statistik ofisinin cümə günü verdiyi məlumata görə, 2023-cü ilin I rübündə ÜDM (ümumi daxili məhsul) sıfırdan -0.3%-ə aşağı reviziya olundu. Bu, 2022-ci ilin son rübündə 0.5%-lik azalmadan sonra baş verdi. Texniki ressesiya, ardıcıl iki rübdə mənfi artımla müşahidə olunur.