⛔ ABŞ-ın borc tavanı nədir? Bu, Konqres tərəfindən müəyyən edilən və hökumətin nə qədər pul borc götürə biləcəyini diktə edən xərcləmə limitidir.

⛔ Onu cari həddən—31 trilyon dollardan—yuxarı qaldıra bilməsələr, borcları üzrə öhdəliklərini yerinə yetirmədən (defolt) çıxacaqlar. Hökumət artıq daha çox borc götürə bilməyəcək və mövcud borc öhdəliklərini də ödəyə bilməyəcək.

⛔ ABŞ hökumətinin defoltu ölkənin iqtisadiyyatına və qlobal maliyyə sisteminə fəlakətli təsir göstərə bilər. Fond bazarları çökmə riski ilə üzləşə bilər, işsizlik 8 milyon artacaq və bir çox digər iqtisadiyyatlar tənəzzülə düşəcək.

⛔ Bitcoin və Altcoin qiymətləri də sonra kəskin düşə bilər. ABŞ dünya üzrə kriptouserlərin təxminən 10%-ni təşkil etdiyi üçün ölkənin problemləri real təhlükə yaradır: işini itirən kriptouserlər öz aktivlərini vaxtından əvvəl satmağa məcbur qala bilər.

#crypto2023 #cryptocurrency #bearish #crypto #dyor