Fred Thiel, Marathon Digital-in CEO-su, ABŞ-da və dünyada ən iri kriptovalyuta mədənçilik şirkətlərindən biri, Biden hökumətinin mədənçilərə tətbiq etmək istədiyi vergi sisteminin işləməyəcəyini və şirkətlərin ABŞ-dan kənara qaça biləcəyini bildirib. Thiel həmçinin ABŞ-dan kənarda bir müddətdir bəzi yerləri araşdırdıqlarını qeyd edib.

Joe Biden-in hökuməti, Bitcoin və kriptovalyuta mədənçiləri tərəfindən istehlak olunan elektrik miqdarına görə 30 faizədək vergi məsələsini yenidən açdığı üçün Marathon, ABŞ-dakı ən iri mədənçilik şirkətlərindən biri, etiraz edib.
The Block-a eksklüziv müsahibəsində Marathon Digital şirkətinin baş direktoru Fred Thiel bildirdi ki, belə bir qanun rəsmi qüvvəyə minərsə, şirkətlər ölkəni tərk edəcək və hökumət hazırkı vergi gəlirlərindən məhrum qalacaq:
“Bitcoin mədənçiləri dərhal ölkəni tərk edir. Və onlar elə bunu indi etməyə çalışırlar… Biz həm də araşdırma aparırıq. İstehlak olunan elektrik enerjisindən vergi tutmaq daha çox bərpaolunan enerji təmin etmək demək deyil. Əgər indi günəş və ya külək ferması qurmaq istəyirsinizsə, onu qoşdurmaq üçün ən azı iki illik gözləmə müddəti var. Bundan əlavə, Bitcoin mədənçiləri bərpaolunan enerji sahəsində insanlara stimul verir. Buna görə də artıq burada ciddi bir kütlə var…”
“Bankirlər bizi istəmir, çünki…”
Bank institutlarının və elektrik stansiyası şirkətlərinin kripto-mədənçiləri istəmədiyini bildirən baş direktor dedi:
“Bank sektorunda fəaliyyət göstərən qurumlar bizi istəmir, çünki mədənçilərə brokerlik lazım deyil. Onlara həm də elektrik stansiyaları uyğun gəlmir. Çünki hazırda Texasda onlara olan ehtiyac azalır. Əgər bu gün mədənçilik müəssisələri bağlansa, qaz və kömürlə işləyən bu elektrik stansiyalarına yenidən ehtiyac artacaq.”