Likvidlik, aktivlərin bazarda qiymətində köklü dəyişiklik etmədən alınması və ya satılması qabiliyyəti kimi başa düşülür.
Likvidlik, iki fərqli sahəni ifadə edə bilər; likvid bazarlar (likvidlik olan bazarlar) və likvid aktivlər. Likvid bazarlar, həmişə ticarət etməyə hazır investorların olduğu bazar deməkdir. Likvid aktivlər, asanlıqla nağd pula çevrilə bilən aktivləri nəzərdə tutur.
Bəs bu, kriptovalyutlar haqqında danışarkən nə deməkdir?
Hər hansı bir investisiya kimi, siz Token-ları (simvolları) qiyməti aşağı salmağa məcbur qalmadan və ya bu əməliyyatın uyğunlaşdırılması üçün uzun müddət gözləmədən tez almaq və satmaq istəyirsiniz. Bunun mümkün olması üçün əməliyyat apardığınız bazar likvid olmalıdır. Başqa sözlə, yüksək ticarət fəaliyyəti olmalı və təklif (ask) və tələb (bid) qiymətləri çox fərqlənməməlidir.
Gəlin satıcının baxış bucağından bir nümunəyə baxaq.
Bob müəyyən bir kriptovalyutanın 5 Token-una sahibdir və son bir neçə gündə həmin Token-ların qiyməti artıb. Bob sevinir və bütün Token-larını cari bazar qiyməti ilə tez bir zamanda satmağa qərar verir.
Əgər bazar likviddirsə, bu o deməkdir ki, Bob-un istədiyi qiymətə onun Token-larını almağa hazır olan kifayət qədər alıcı var. Bu da Bob-un aktivlərini tez satmasına və istədiyi qiymətə satmasına imkan verir. Bob-un əməliyyatı Token-un qiymətinə təsir etməyəcək, çünki bazarda Bob-un ticarət həcmini udacaq qədər likvidlik var.
Əksinə, əgər Bob 5 Token-unu cari bazar qiyməti ilə satmaq istəyirsə və bazar likvid deyilsə və ya likvidliyi aşağıdırsa, yəni Bob-un istədiyi qiyməti ödəməyə hazır kifayət qədər alıcı yoxdursa, o, tələb etdiyi qiyməti endirməli və ya bazar daha likvid olana qədər gözləməlidir ki, Token-larını sata bilsin. Əgər Bob daha aşağı qiymətə satmağa qərar verərsə, onun əməliyyatı da həmin Token-un cari bazar qiymətinə təsir göstərəcək.
Bazarın likvid olub-olmadığını necə bilmək olar
Bazarın likvid və ya qeyri-likvid olub-olmadığını araşdırarkən üç vacib göstəriciyə baxmaq yaxşıdır. 24 saat ərzində ticarət həcmi, sifariş kitabının (order book) dərinliyi və ask qiymətinin bid qiymətini nə qədər üstələdiyi — həmçinin satış və alış qiymətləri arasındakı fərq kimi tanınan spread.
Likvidlik ticarətinizə baxarkən çox önəmlidir. Bu, bazara asan daxil olmaq və ya ondan asan çıxmaq üçün əsas amillərdən biridir.
Daha çox məzmun üçün bizi izləyin və Binance Akademiyasında digər videolarımıza baxmağı unutmayın
