Hörmətli Binancılar,

Çıxarışların bərpası üzrə işlərimiz başa çatıb və oktyabr ayında baş vermiş təhlükəsizlik insidenti ilə əlaqədar çıxarışların dayandırılması tamamilə aradan qaldırılıb. Bütün xidmətləri təhlükəsiz şəkildə bərpa etmək üçün çalışdığımız müddətdə göstərdiyiniz səbir və anlayışa görə təşəkkür edirik.

Az sayda şəbəkədə çıxarışlar planlı texniki xidmət və ya yeniləmələr səbəbindən müvəqqəti dayandırılıb. Bu, müntəzəm trafikin çox kiçik bir hissəsinə təsir edir. Bu fasilə artıq başa çatmış bərpa işlərimizlə əlaqəli deyil və xarici şərtlər tələb etdikdə şəbəkədə çıxarışların dayandırılması standart təcrübəmizin bir hissəsidir.

Bir neçə vacib məqam:

  • Şəbəkə statusu. Ayrı-ayrı gecikmələr şəbəkənin özündən qaynaqlana bilər. Ən son məlumatlar üçün şəbəkə statusu səhifəmizə baxın.

  • İstifadəçilərin aktivləri təhlükəsizdir. Daha əvvəl bildirdiyimiz kimi, bütün aktivlər tam şəkildə təminatlıdır və uçota alınıb. İstifadəçilər aktivlərinin ən azı 1:1 nisbətində təminatlı olduğunu Ehtiyatların sübutu səhifəmizdə müstəqil şəkildə yoxlaya bilərlər.

  • Sayıq olun. Bu kimi hadisələr fişinq cəhdlərinə yol aça bilər. Binance heç vaxt sizdən parolunuzu, iki faktorlu autentifikasiya kodunuzu və ya seed phrase-inizi istəməyəcək, həmçinin sizinlə əlaqə saxlayaraq “çıxarışları sürətləndirməyi”, “prioritet emalı” təklif etməyəcək və ya aktivlərinizi “Binance seyfinə” köçürməyinizi xahiş etməyəcək. Yalnız rəsmi kanallarımızdakı yeniliklərə etibar edin.

Yardım lazımdırsa, rəsmi kanallarımız vasitəsilə dəstək komandamızla əlaqə saxlayın.

Qeyd: Bu orijinal ingilisdilli mətnlə onun tərcümə olunmuş versiyaları arasında fərqlər ola bilər. Fərq olduğu halda, ən dəqiq məlumat üçün orijinal ingilisdilli versiyaya istinad edin.

Dəstəyiniz üçün təşəkkür edirik!

Binance komandası