$TRUMP
🆕 TƏCİLİ XƏBƏR
🇺🇸🇪🇺 Çin səfərindən qayıdarkən Hərbi Hava Qüvvələrinə məxsus təyyarədən zəng edən Tramp, “Ukraynanın Avropalı müttəfiqləri”nin görüşünə qoşuldu:
“Ukraynaya niyə milyardlarla dollar xərcləyirsiniz?”
“Putin sülh danışıqlarına ciddi yanaşır”
✍🏽Politico
Tramp Avropa liderlərindən Ukraynaya hərbi dəstək göstərmək üçün niyə milyardlarla dollar xərcləməyə davam etdiklərini soruşdu.
Zəng barədə məlumatlandırılmış dörd avropalı rəsminin sözlərinə görə, Tramp:
➖ Putinin sülh danışıqlarına ciddi yanaşdığını dedi.
➖ Ukraynaya əlavə yardım göstərilməsinə şübhə ilə yanaşdığını bildirdi.
➖ Müharibədə çox sayda insanın öldüyünü və külli miqdarda pulun boşa xərcləndiyini dedi.
Trampın açıqlamaları Vaşinqtonla Avropa arasındakı strateji fikir ayrılığının dərinləşdiyini göstərir.
Avropa Rusiyanı uzunmüddətli hərbi təhdid kimi görsə də, Tramp Moskva ilə danışıqlar apara biləcəyi bir güc mərkəzi kimi münasibət qurur.
Avropanın siyasi, iqtisadi və hərbi resurslarını təxminən beş ilə yaxındır səfərbər etdiyi müharibənin gələcəyi indi Avropadan kənarda formalaşan diplomatik təmaslardan asılıdır.
Putin və Si ilə eyni masa arxasında əyləşəndən dərhal sonra avropalılara zəng edib, Ukraynaya niyə pul xərclədiklərini soruşmaq qərarı Avropanın qlobal güc balansındakı mövqeyi baxımından son dərəcə əhəmiyyətlidir.
Avropa bu müharibənin maliyyə təminatçılarından biridir, amma uzun müddət ərzində onun xərclərini qarşılaya biləcəkmi?
Müharibədən qalib çıxmağa, yoxsa sülhün memarı olmağa gücü və səbri çatacaqmı?#USGovernment