RBC-nin əldə etdiyi məlumata görə, kriptovalyuta Rusiya biznesinin xarici ticarət əməliyyatları üzrə hesablaşmalarda istifadə etdiyi üç əsas alətdən biri olub. T-Bankdan nəşrə bildiriblər ki, ən çox tələb olunan alət USDT stabillkoini olub — son yarım ildə xarici iqtisadi fəaliyyət sahəsindəki bütün əməliyyatların 27%-i onun payına düşüb. Kriptohesablaşmaları bir dəfə sınaqdan keçirən şirkətlərin yarıdan çoxu sonda ənənəvi valyutalardan tamamilə imtina edərək bu üsula keçir.
T-Bank nümayəndəsinin sözlərinə görə, kriptoköçürmələrin həm sayına, həm də həcminə görə Asiya ölkələri liderlik edir — sövdələşmələrdə ən çox məhz bu yurisdiksiyalar yer alır. Xarici ticarət fəaliyyəti çərçivəsindəki kriptovalyuta əməliyyatlarının demək olar ki, 95%-ni idxalçı şirkətlər həyata keçirir. Bunlar, ilk növbədə, xaricdən xammal və komplektləşdirici hissələr alan istehsal müəssisələri, eləcə də kosmetik məhsullardan avtomobillərə qədər geniş çeşiddə mallar idxal edən topdansatış şirkətləridir.