Rusiya Bankının qızıl ehtiyatları 2019-cu ilin noyabrından bəri ən aşağı həddə düşüb və oktyabrın 1-nə 72,8 milyon unsiya təşkil edib.

Tənzimləyicinin məlumatlarına əsasən, sentyabr ayında qızıl ehtiyatlarının dəyəri 333,5 milyard dollardan 301,6 milyard dollara düşüb, ilin əvvəlindən isə həcmi 2,7% azalıb.

Mərkəzi Bank ehtiyatları azaltmağa hələ ötən il başlayıb — həmin vaxt Maliyyə Nazirliyi büdcə kəsirini örtmək üçün Milli Rifah Fondundan qızıl və valyuta satırdı.