Mən x1 leverecdən istifadə edirəm, çünki bu, zərərli mövqeyi uzun müddət saxlamağıma imkan verir. Qiymət əleyhimə 100%-ə qədər dəyişə bilər, amma yenə də likvidasiya olunmaram. Əgər x10 leverecdən istifadə etsəydim, cəmi 10%-lik dəyişiklik məni likvidasiya edərdi. BTC üçün bir neçə saat ərzində 10%-lik dəyişiklik nadir haldır. Amma kiçik bazar kapitallaşmasına malik altkoinlərdə bu, nisbətən tez-tez baş verir. Binance-dən likvidasiya olunduğuma dair e-poçtları nadir hallarda alıram!