Yaxın Şərqdən neft axını müharibədən əvvəlki səviyyənin 80 faizindən çoxuna bərpa olunub. Bu, şübhəsiz ki, müsbət xəbərdir. Əgər bu axın bu ilin fevralındakı səviyyəyə qayıtsa, inflyasiya azalacaq, iqtisadiyyat yenidən öz məcrasına düşəcək və faiz endirimi dövrü başlayacaq. Əslində, dünyanın bütün ölkələri yüksək borclarını tədricən azaltmaq üçün kəmiyyət yumşaldılmasına hazırlaşırdı, amma İranla müharibə hamını, o cümlədən Federal Ehtiyat Sistemini faizləri artırmağa məcbur etdi.
Brent markalı neftin qiyməti artıq 100 dollardan aşağı düşüb. Trampın da istədiyi elə bu idi: neft ucuzlaşsın, ABŞ səhmləri isə bahalaşmaqda davam etsin. Dünən Nasdaq yeni rekorda imza atdı. Bu, onun aralıq seçkilərdəki mövqeyinə çox kömək edəcək. Bu iki məqam barədə əvvəlcədən proqnoz verilmişdi və indi onların doğru olduğu görünür.