Bitcoin-in yaradıcısı Satoshi Nakamoto tərəfindən kriptovalyutanın protokoluna inteqrasiya edilmiş Halving-in Azərbaycan dilindəki qarşılığı yarılanmadır. Bu yarılanma prosesi 4 ildən bir həyata keçirilir, növbəti Halving prosesinin isə 2024-cü ildə baş verməsi gözlənilir.

Halving; sadə bir şəkildə izah etmək gərəkirsə, blok başına düşən istehsal mükafatlarının 210 min blokda bir yarı yarıya endirilməsi ilə yenidən tənzimləmə prosesidir. Proses zamanı mədənçilərin Bitcoin mükafatları 50% azalır. Bununla yanaşı, bu prosesdə tələbin güclü qalması halında kriptovalyutanın dəyərində əhəmiyyətli artımlar baş verə bilər.

Bitcoin-də ilk yarılanma prosesi Noyabr 2012-də baş verdi. Kriptovalyutanın o dövrdəki dəyəri 11 dollar və orijinal mükafat miqdarı isə 50 BTC idi. Halving prosesindən sonra blok başına düşən mükafat 25 BTC oldu. İkinci yarılanma prosesi isə Bitcoin şəbəkəsinin 420 minlik dönüm nöqtəsinə çatmasından sonra İyul 2016-da gəldi. Proses sonrası 500 ilə 1000 dollar aralığında get-gəl edən kriptovalyutanın blok başında verdiyi mükafat 12,5 BTC-yə gerilədi. Üçüncü yarılanma prosesi isə yaxın zamanda May 2020-də baş verdi. Halving prosesi zamanı 9 min dollardan ticarət olunan kriptovalyutanın proses sonrası blok başına düşən mükafatı 6,25 BTC-yə gerilədi. İl sonunda isə 30 min dollara qədər çıxaraq investorlarını sevindirdi.

Bitcoin Halving niyə vacibdir?

Keçmişdə baş vermiş nümunələri nəzərə alaraq Halving prosesi zamanı təklifin yüksək olması kriptovalyutanın dəyərində əhəmiyyətli artımlara imkan yaradır. Növbəti Halving prosesinin isə 2024-cü ilin ortalarına doğru baş verməsi gözlənilir. Bitcoin-də Halving prosesinin niyə vacib olduğu mövzusunu səmərəliliyi və tələbi artıraraq kriptovalyutanın daha çox maraq görməsini təmin etməklə izah edə bilərik. Buna görə də mədənçilikdə blok başına verilən mükafat hər 4 ildən bir yarıya endirilərək təklif-tələb tarazlığı yenidən tənzimlənir. Nəticədə, Satoshi tərəfindən müəyyən edilmiş 21 milyonluq Bitcoin sərhədinə 2140-cı ildə çatılacağı düşünülür.