Fırıldaqçılar pul kisənizi zəhərləməsin
Qapınızdakı kilidi bir daha yoxlayırsınız. Bəs kripto ünvanlarınızı da yoxlayırsınız?
Ünvan zəhərlənməsi kriptoda ən gizli fırıldaqlardan biridir və insanları gözlənilmədən yaxalayır. Bu necə işləyir:
1️⃣ Fırıldaqçı sizin public (açıq) tranzaksiya tarixinizə nəzarət edir
2️⃣ Əvvəllər istifadə etdiyinizə demək olar ki, eyni görünən saxta cüzdan ünvanı yaradır — əvvəlki və son bir neçə simvolu uyğunlaşdırır
3️⃣ Həmin saxta ünvandan cüzdanınıza çox kiçik, zərərsiz bir tranzaksiya göndərir
4️⃣ “recent recipients” (son alıcılar) siyahınız artıq zəhərlənib
5️⃣ Növbəti dəfə doğrulamadan recents-dən kopyala-yapışdıranda
Bu hücum heç bir zərərli proqram (malware) və fişinq linki tələb etmir və zərər geri dönməzdir.
2024-cü ilin may ayında bir treyder bu yolla $WBTC-də 68 milyon dollar itirib.
Necə təhlükəsiz qalmaq olar:
🔸 Həmişə tam ünvanı yoxlayın — hər bir simvol
🔸 Tranzaksiya tarixinizdəki sonunculardan heç vaxt kor-koranə kopyalamayın
🔸 Etibarlı ünvanları yoxlanılmış ünvan kitabçasına əlavə edin#USJulyCPI&PPIDueThisWeek credit binace academy.