Bitcoin Whitepaper-i haqqında 14 fakt

Fakt 1
Bitcoin Whitepaper-i 31 oktyabr 2008-ci ildə Satoshi Nakamoto tərəfindən dərc edilib və Bitcoin-in doğum günü, yaxud The Whitepaper Day kimi qeyd olunur.

Fakt 2
Satoshi Nakamoto Bitcoin Whitepaper-in dərc olunduğunu Metzdowd-da saat 2:10 p.m. (ET)-də kriptoqrafiya poçt siyahısında elan edib.

Fakt 3
Metzdowd-da yazdığı məktubda Satoshi Nakamoto Bitcoin-i vasitəçiyə (üçüncü tərəfə) ehtiyac duymayan P2P elektron pul sistemi kimi təqdim edib.

Fakt 4
Həmin təqdimat məktubunda Satoshi Nakamoto Bitcoin Whitepaper-indən xülasəni də köçürüb və oxuculara onun tam versiyasına bitcoin*org/bitcoin.pdf ünvanından daxil olmağı tövsiyə edib.

Fakt 5
Satoshi Nakamoto #Bitcoin-in 5 əsas xüsusiyyətini təqdim edib.

Fakt 6
Satoshi Nakamoto-nun vurğuladığı P2P sistemindən istifadə ilə bağlı əsas məsələ ikiqat xərcləmə problemidir; shitcoin whitepaper-lərindəki kimi sikkələrinin necə “to the moon” olacağından danışmaq deyil 🚀

Fakt 7
Həmin məktubda Satoshi Nakamoto “blockchain” və ya “cryptocurrency” jarqonlarından heç birini işlətməyib. Whitepaper-də isə Bitcoin sözü cəmi 2 dəfə yazılıb.