Səhmlərin tərifi və nümunə
Səhmlər birja ilə siyahıya alınmış şirkətdə mülkiyyət payını təmsil edir. Hər hansı bir şirkətin səhmini aldığınız zaman həmin şirkətin iştirakçısı olursunuz. Məsələn, əgər bir şirkətin 100,000 səhmi varsa və siz onlardan 1,000 səhm alsanız, şirkətin 1%-nə sahib olursunuz. Səhmlərə sahib olmaq şirkətin artımından əlavə daha böyük gəlir əldə etməyə imkan verir və sizə səhmdar kimi səsvermə hüququ verir. Səhm üçün digər adlar: paylar və mülkiyyət hüquqlarıdır.
Əsas məqamlar
Səhmlər şirkətdə mülkiyyət vahidlərini təmsil edir.
Səhmdən pul qazanmağın əsas yolları səhmin qiymətinin artması və dividend ödənişləridir.
Səhmlər sektora, qiymətləndirməyə və ya dəyərə görə təsnif oluna bilər.
Səhmlər necə işləyir
Şirkətlər biznesini inkişaf etdirmək, yeni məhsullar buraxmaq və ya borclarını ödəmək üçün əlavə maliyyə əldə etmək məqsədilə səhmlərini satırlar. Şirkətin ilk dəfə öz səhmlərini ictimaiyyətə təqdim etməsinə “ilkin kütləvi yerləşdirmə” (IPO) deyilir. İlkin kütləvi yerləşdirmədən sonra səhmdarlar öz səhmlərini fond birjasında yenidən sata bilirlər və qiymətlər təklif və tələbə əsasən formalaşır.
Satılmaq üçün təklif olunan səhmlərin sayı nə qədər çoxdursa, onların qiyməti bir o qədər aşağı düşür. Alıcıların sayı nə qədər çoxdursa, səhm qiyməti bir o qədər yüksəlir. Ümumiyyətlə insanlar səhm alır və ya satır, şirkətlərin mənfəəti barədə gözləntilərinə əsasən. Əgər treyderlər hesab edirlərsə ki, hansısa şirkətin mənfəəti yüksəkdir və ya daha çox artacaq, onlar səhmın qiymətini qaldırırlar.