$FTM daha çox xəbər və ilk siz məlumatlanmanız üçün lütfən izləməyi unutmayın

Blockchain təhlükəsizlik şirkəti CertiK-in bu gün etdiyi paylaşmaya görə, Fantom Foundation-a aid bir neçə cüzdan hücuma məruz qaldı. Hücum, Fantom blok zəncirinə zərər vermədi.

Fantom blok zəncirindəki inkişafları nəzarət edən Fantom Foundation, hücumla birlikdə Fantom və Ethereum üzərində itki yaşadı. CertiK-ə görə oğurlanan aktivlər, içərisində 4500 ETH olan (təxminən 7 milyon dollar) bir

cüzdana köçürüldü.

CertiK, təxmini ziyanın ümumilikdə 7 milyon dollar civarında olduğunu bildirib.

Onçeyn məlumatlar hücumçunun cüzdanında; ETH, USDT, USDC, DAI, CVX, FUSD və digər bəzi Fantom tokenlərinin olduğunu göstərir.

Onçeyn tədqiqatçısı Spreekə görə, Fantom Foundationın cüzdanları 6,7 milyon dollardan çox zərər görmüş ola bilər. Spreek bu mövzu ilə bağlı bunları deyir:

"Haker çox güman ki, DeFi ekosistemini

olduqca yaxşı bilən biri."Fantom Foundation tərəfindən isə X (tvitter) üzərindən mövzu ilə bağlı açıqlama verilib. Açıqlamaya görə, Fantom Foundationın cüzdanlarından yalnız kiçik bir hissəsi hücuma məruz qalıb və ümumi itki təxminən 550 min dollar civarındadır. Bu mövzuda aparılan araşdırmaların isə davam etdirildiyi bildirilir.

Fantom (FTM) qiyməti hücumdan sonra təxminən 5% düşüb və xəbər yazılan bu dəqiqələrdə 0,177 dollar səviyyəsində qiymətləndirilir.