👀 Fantom Foundation-a oğurluq edilib
Bu gün Fantom Foundation-un Telegram kanalında məlumat verilib ki, Google Chrome-da sıfırgün istismar (zero-day exploit) səbəbindən fondun pul kisələrindən “yüz minlərlə dollar” oğurlanıb.
Hazırda komanda həmin vəsaitləri izləyir. Həmçinin qeyd ediblər ki, narahatlığa əsas yoxdur və Fantom Foundation-un vəsaitlərinin böyük hissəsi soyuq (cold) pul kisələrində saxlanılır.