Blokçeyn səviyyələrini keçirik.
Blokçeyn texnologiyaları çox vaxt müxtəlif “qatlar”, “səviyyələr” və ya Layers vasitəsilə izah olunur; onların hər biri özünəməxsus məqsədə xidmət edir. Gəlin, qatları bir-bir açaq 👇
📈 Layer 0. Şəbəkə və ya fiziki səviyyə
Bu qat fiziki infrastrukturdan və internet kimi məlumat ötürmə protokollarından ibarətdir; düyünlərin bir-biri ilə ünsiyyət qurmasına imkan verir.
Nümunələr: IPFS (InterPlanetary File System), BGP (Border Gateway Protocol).
📈 Layer 1. Konsensus səviyyəsi və ya elə blokçeyn.
Bu blokçeyn protokollarının əsas qatıdır: şəbəkənin iştirakçıları arasında blokların formalaşdırılması və konsensusa nail olunması burada baş verir. O, tranzaksiyaların necə yazıldığını və təsdiqləndiyini müəyyənləşdirir. Problem ondadır ki, blokçeynin istifadəsi artdıqca onun ötürmə qabiliyyətini artırmaq lazımdır, yəni miqyaslanma tələb olunur. Və məhz bu zaman növbəti səviyyələr ortaya çıxır.
Nümunələr: Bitcoin, Ethereum, Algorand.
📈 Layer 2. Şəbəkə səviyyəsi.
Bu, blokçeynin birinci səviyyəsinin üzərində qurulan bir növ əlavə qatdır. O, əsas blokçeynlə qarşılıqlı təsir göstərərək, xərcləri minimuma endirməklə miqyaslanmanı və tranzaksiyaların sürətini artırmaq üçün həllər təqdim edir.
Nümunələr: Lightning Network (Bitcoin üçün), Optimistic & ZK Rollups (Ethereum üçün).
📈 Layer 3. Tətbiqlər səviyyəsi (Dapps)
Bu, inkişaf etdiricilərin Layer 1 və Layer 2 ilə qarşılıqlı əlaqə üçün ağıllı kontraktlar və digər texnologiyalardan istifadə edərək mərkəzləşdirilməmiş tətbiqlər (dApps) yaratdıqları qətdir.
Nümunələr: Uniswap, Decentraland.