​​ CNBC: Vayomin ştatı öz dollar stabilkoinini buraxmağı planlaşdırır

Layihənin adı Wyoming Stablecoin-dir və ştatda kriptovalyuta ödənişləri üçün istifadə ediləcək.

Onun buraxılışı 2025-ci ilin birinci rübündə gözlənilir.

Nəşrin məlumatına görə, 2018-ci ildən Vayomingdə rəqəmsal aktivlər sənayesini dəstəkləmək üçün 30-dan çox qanun qəbul edilib.