Artım dayanmayacaq! Uoll-strit qorxudulub

Sentyabr FOMC-dən sonra açıqlanan dot-plot bu gözləntini tamamilə alt-üst edib. Görünür ki, Federal Ehtiyatlar Sistemi “daha yüksək və daha uzun” pul siyasətini həyata keçirməyə qərarlıdır və Uoll-stritdə endirim məqamı ilə bağlı proqnozlar dəfələrlə təxirə salınıb.
Svop (swap) müqavilələri göstərir ki, Fed-in noyabrda keçiriləcək növbəti iclasında yenidən 25 bazis bəndi artırma ehtimalı 40%-dir; ilin sonuna qədər artırma ehtimalı isə təxminən 60%-dir.