💥🚨Bu günə olan vəziyyətdə, bu qrafik 1929-cu ildən bəri ən uzun inversiyanı göstərir.

Ancaq Amerikan iqtisadiyyatında resessiya hələ başlamayıb.

Adətən, belə göstəricilərlə bazarlar minimum 30% düşməlidir.

Nəticə: Mənim fikrimcə, bazarların hələ düşməməsinin səbəbi, COVID dövründən bəri çoxlu pulun çap edilib iqtisadiyyata daxil olmasıdır. Yəni, FED Amerikan trezoryalarını və digər qiymətli kağızları balansına alaraq bazara likvidlik təmin etdi.

İndi isə əks sərtləşmə gedir. Yəni, FED bu naviqasiya olunmayan kağızları bazara döndərərək pul kütləsini geri alır. Beləliklə, pul daha bahalı olur və bazarda likvidlik azalır.

Bütün bunlar hal-hazırda bazarı saxlayır. Lakin kritik bir nöqtə gələcək, bazar bunu həzm edəcək və sadəcə tutunacaq bir şey olmayacaq. O zaman bizi minimum 30% düzəliş gözləyir, hətta 50-60%-ə qədər düşmə ehtimalı var.

Amma bütün bunlar pulun dövriyyədən çıxarılma sürətindən asılı olacaq...