Ötən həftələrdəki yüksəliş trendini tərsinə çevirərək həftəsonu mənfi hərəkətlilik göstərən Bitcoin yeni həftədə də enişini davam etdirir...

“Ötən həftələrdəki yüksəliş trendini tərsinə çevirərək həftəsonu mənfi hərəkətlilik göstərən Bitcoin yeni həftədə də enişini davam etdirir. Yeni həftəyə 26.200$ səviyyəsində başlayan Bitcoin itkilərini kompensasiya edə bilmir. Ethereum isə Bitcoin qarşısında beş həftədir davam edən eniş seriyasını sürdürərək 1.578$ səviyyələrində alıcı tapır, altkoinlərdə qismən müsbət tendensiya üstünlük təşkil edir. Kriptovalyuta bazarının ümumi dəyəri mənfi tendensiya ilə 1,02 trilyon dollar səviyyələrində dəyişir.” Bitay Araşdırma Departamentinin analitiki Betül Yavuz həftənin ilk günündə kriptovalyuta bazarındakı yeniliklərdən yazıb.

Bitcoin yüksəliş seriyasına son qoyduqdan sonra dünəndən etibarən 50 günlük hərəkətli ortalamanın altında, hələlik mənfi zonada hərəkət edir. Geriləmələr davam edərsə, 25.770$ səviyyəsi olduqca mühüm dəstək kimi qarşımıza çıxır. Bitcoin-də həcmdən məhrum və mənfi hərəkətlilik bir aydan çoxdur davam edir, investorlar isə hələ də müsbət xəbərlər gözləyirlər.

Ötən ay Ethereum-un qurucularından Vitalik Buterinin qlobal kriptovalyuta birjası Coinbase-ə ETH köçürməsi gündəmə gəlmişdi. LookOnChain məlumatlarına görə, Buterin birjaya yenidən ETH köçürüb. Köçürmənin səbəbi hələ məlum deyil, lakin nağd pula çevirməyə başlayacağı ilə bağlı şayiələr Ethereum qiymətinin Bitcoin-lə müqayisədə daha mənfi ayrışmasına səbəb olur.

Bu həftənin makro gündəmində çərşənbə günü SEC sədri Gery Genslerin Nümayəndələr Palatası qarşısındakı çıxışı ilk sırada yer alır. Genslerlə kriptovalyutalar mövzusunda Palatada əvvəllər də kifayət qədər gərgin müzakirələr olub. Genslerin çıxışının kriptovalyuta bazarında hərəkətliliyə səbəb olacağı gözlənilir. Cümə axşamı ABŞ-ın iqtisadi artım göstəriciləri və Pauellin çıxışı da izlənəcək. Həftənin son ticarət günündə isə SEC məhkəmə işində böyük uğur qazanan Ripple bu qələbəni bir parti ilə qeyd edəcək. Makroiqtisadi göstəricilərin kriptovalyuta bazarına təsirinin hazırda olduqca qısa sürdüyü bir vaxtda, bazarın daxili dinamikası ilə bağlı xəbər axınının əhəmiyyətini qoruyacağı gözlənilir.

Kriptovalyuta bazarının ümumi dəyəri mənfi istiqamətdə hərəkət edərək 1,02 trilyon dollar səviyyəsindədir. Yeni gündə Bitcoin və Ethereum mənfi hərəkət göstərərkən, altkoinlərdə qismən müsbət dinamika üstünlük təşkil edir. Ötən həftə digər kriptovalyutalardan fərqlənən LOOM 125%-lik artımla lider olub, 97% yüksələn FRONT ikinci, 48% artım göstərən GLMR isə üçüncü yerdə qərarlaşaraq ən çox qazandıran kriptovalyuta aktivləri sırasına daxil olublar.

Loom Network (LOOM)

Sentyabrın ilk həftələrindən bəri müsbət hərəkətlilik göstərən Loom investorlarına 230% gəlir gətirib. Ötən həftə 125% artıb və yeni həftəyə də müsbət başlayıb. Hazırda 0.1079$ səviyyəsində alıcı tapan Loom-un 0.1075$ üzərində möhkəmlənməsi vacib olacaq. Daha sonra növbəti zirvə səviyyəsi olan 0.1270$ yenidən sınaqdan keçirilə bilər. Mümkün eniş zamanı isə müvafiq olaraq 0.1075$, 0.1019$ və 0.09421$ səviyyələri dəstək rolunu oynayır. Kəskin dəyişkənlik göstərən Loom ilə bağlı ehtiyatlı olmaqda fayda var.

Moonbeam (GLMR)

2023-cü ilin fevralından bəri eniş trendində olan Glmr yeni həftədə də 50%-i aşan yüksəlişlə hərəkətini davam etdirir. Səhər saatlarında 0.2510$ səviyyəsində alıcı tapan Glmr-də yüksəlişin davam etməsi üçün 0.2563$ səviyyəsini aşmaq vacib olacaq. Bu səviyyə qırılarsa, əvvəlcə 200 günlük hərəkətli ortalama səviyyəsi olan 0.2753$, daha sonra isə Fibonacçi səviyyəsi olan 0.3169$ hədəf ola bilər. Mümkün eniş zamanı isə əvvəlcə 0.2228$, daha sonra 50 günlük hərəkətli ortalama səviyyəsi olan 0.1828$ dəstək rolunu oynaya bilər.

 

#BTC #ETH #crypto2023 #XRP #pepe