Stellar-ın Project Thruput layihəsində saniyədəki 7.02 milyon ödənişdən konsensus aktivləşdiriləndə nə qədəri qalacaq? Məncə, xeyli az
Thruput hələlik FutureNet-də texniki önizləmədir. Rəqəmi belə əldə ediblər: səkkiz maşın, bir validator, 100 hesab. Konsensus, mempul və RPC ölçməyə daxil edilməyib
SDF-in də müsbət tərəfi var: özü yazır ki, şəbəkəni yox, mühərriki ölçüblər. Dürüst yanaşmadır
mənfi tərəflər:
- yeddinci və səkkizinci server cəmi 10% və 2.6% artım verdi, yəni miqyaslanma artıq tavana dirənir
- ayrıca blokçeyn və öz tokeni var, Stellar-la əlaqə isə həll olunmayıb
- “komissiyasız” = balansına görə prioritet. Denelle Dixon: tokenin nə qədər çoxdursa, növbədə bir o qədər öndəsən
qısası, texnologiya yaxşı ola bilər, amma marketinq artıq 7.02 milyon rəqəmi ilə yaşayır. Konsensusla bir maşındakı kimi heç olmasa 1.18 milyon olsa, bu, ciddi göstəricidir. İzləyin, rəqəmlər çıxanda yan-yana qoyacağam
#stellar #Thruput