İnsanlar STON.fi-dən danışanda söhbət adətən token mübadilələrinə, cross-chain funksionallığa, staking-ə və ya yield farming-ə yönəlir. Bu funksiyalar platformanın mərkəzində olsa da, diqqətə layiq başqa bir komponent də var—Developer Pools.
TON-da layihələrə start verən qurucular üçün likvidlik ən böyük çətinliklərdən biridir. Əla token və ya tətbiq istifadəçilər onu asanlıqla ala, sata və ya ticarət edə bilmirsə, çox da önəm daşımır. Bax elə buna görə Developer Pools mövcuddur.
Developer Pools nədir?
Developer Pools layihə komandalarına tokenləri üçün likvidliyi birbaşa
@STONfi DEX ünvanında yaratmağa kömək etmək üçün nəzərdə tutulub.