Kriptovalyuta cüzdanlarımızın onlayn təhlükəsizliyi barədə daim düşünürük (və elə etməliyik), bəlkə də artıq bütün ehtiyat tədbirlərini görmüşük. Şəxsi açarların ehtiyat nüsxəsi, etibarlı parollar, VPN kimi məxfilik alətləri və hesablarımızda ikimərhələli autentifikasiya. Yəqin ki, kimsənin kriptovalyutamızı oğurlaması mümkün deyil… bir şərtlə ki, onların 5 dollarlıq qayka açarı və pis niyyətləri olmasın. Bəli, vəssalam.
Belə bir vəziyyəti təsəvvür edin: özünüzü təhlükəsiz hesab edirsiniz, cüzdanlarınız qaydasındadır. Bəlkə də sosial şəbəkələrdə kriptovalyutadan qazancınızla bir az öyünmüsünüz. Dəhşətli gecələrin birində maskalı bir nəfər evinizə soxulur, sizi 5 dollarlıq qayka açarı ilə (yaxud silahla) vurur və şəxsi açarlarınızın harada olduğunu söyləyənə qədər sizi döyməklə, ya da sikkələrinizi birbaşa ona köçürməklə hədələyir. Yaxşı ssenari deyil, amma getdikcə daha çox rast gəlinir.