Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin əsas bulud hesablama platformalarından biri olan Cloud One-a sızıb. Reuters 27 noyabrda araşdırmadan xəbərdar mənbələrə istinadən insident barədə məlumat yayıb.
Bəs bu hücum niyə bu qədər vacibdir?
☁️ Cloud One sadəcə bulud yaddaşı deyil.
Platforma 2017-ci ildə Microsoft, Amazon, Oracle və Alphabet (Google) şirkətlərinin bulud resurslarını birləşdirərək istifadəyə verilib. O, ABŞ-ın hərbi infrastrukturu ilə əlaqəli onlarla tətbiqin fəaliyyətini təmin edir.